Rubiodan ŞOK sözlər: Rusiyanın nüvə gücü var və… KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
ABŞ Dövlət katibi Rubio bildirib ki, Putin dünya siyasətində önəmli rol oynayır və ciddi nüvə potensialına malikdir.
KONKRET.az xəbər verir ki, Rubio Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı bir sıra açıqlamalar verib. Onun sözlərinə görə, ABŞ üçün Ukrayna münaqişəsinin ən yaxşı nəticəsi “tammiqyaslı sülh sazişi”dir, sadəcə atəşkəs deyil.
O, əlavə edib ki, Ukraynada atəşkəsi təmin etmək məsələsi hələ də gündəmdədir. ABŞ Rusiyayla Ukraynanın ərazi sərhədləri, mümkün təhlükəsizlik zəmanətləri və Kiyevin hərbi alyanslarla əməkdaşlığı mövzusunda danışıqlar aparır.
Rubio həmçinin qeyd edib ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək istəmir, çünki bu, Ukrayna ilə sülh danışıqlarının sona çatması anlamına gələcək.
Onun sözlərinə görə, Avropa Kiyevə Rusiyaya hansı güzəştləri verə biləcəyi və hansı mövzularda elastik ola biləcəyi məsələsində faydalı rol oynaya bilər.
Rubio əlavə edib ki, ABŞ Tramp və Putin arasında Alyaskada keçirilən görüşdə Ukrayna ilə bağlı razılaşmanın bağlanmasını gözləmirdi, çünki Kiyev danışıqlarda iştirak etməyib.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 17 Avqust 2025 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















