Ukrayna münaqişəsində kim qalibdir? Rubiodan diqqətçəkən sözlər
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Kiminsə qələbə qazandığını düşünmürəm. Hazırda ruslar yaralılar və öldürülənlər daxil olmaqla, hər həftə yeddi–səkkiz min hərbi qulluqçu itirir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“Ukrayna xüsusilə də enerji infrastrukturasına qarşı gecə hücumları səbəbindən böyük zərər çəkib. Ölkəni bərpa etmək üçün milyardlarla dollar və uzun illər tələb olunacaq. Bu, mənasız bir müharibədir.
Biz unikal vəziyyətdəyik. Dünyada yeganə ölkə olaraq hər iki tərəfi danışıqlar masasına toplaya və razılaşdırılmış şərtlərlə müharibənin başa çatması imkanını müzakirə edə bilirik. ABŞ bu məsuliyyətdən imtina etməyəcək”, – deyə o bildirib.
Rubio Ukrayna münaqişəsi barədə bəzən daha optimist, bəzən isə fərqli hiss etdiyini vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 15 Fevral 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















