Icma.az
close
up
RU
Rubionun maraqları ABŞ ı Cənubi Qafqazda təhlükəyə atır

Rubionun maraqları ABŞ ı Cənubi Qafqazda təhlükəyə atır

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Azərbaycan və Ermənistan arasında ötən il Vaşinqtonda əldə olunmuş anlaşmalar ABŞ-ın Cənubi Qafqazdakı mövqelərini ciddi şəkildə mökəmləndirdi. Xüsusilə TRİPP (Zəngəzur dəhlizi) layihəsi Birləşmiş Ştatlar üçün Çin-Avropa xətti üzrə geniş coğrafiyanı əhatə edən Orta dəhlizdə, bütövlükdə Avrasiyanın nəqliyyat şəbəkəsində real iştirak deməkdir.

Tramp Administrasiyası bu nəticəyə Cənubi Qafqaz siyasətində balanslı yanaşma strategiyası sayəsində nail olub. Halbuki, Trampın sələfi Bayden məhz regiona balanslı yanaşmadan imtina etdiyi, Ermənistan mərkəzli siyasət yürütdüyü üçün uğursuzluğa düçar olmuşdu. Region analoji uğursuzluğa geosiyasi güc olmağa can atan Fransanın timsalında da şahidlik edib. İkinci Qarabağ müharibəsi və sonrasında Yelisey sarayının açıq ermənipərəst siyasəti Fransanı Cənubi Qafqazdan, həm də regionun qovşaq olduğu nəqliyyat dəhlizlərindən kənarda qalmasına səbəb oldu. Fransa itirdiklərini hələ də bərpa edə bilmir. Tramp bu səhvləri təkrarlamadığı, regiona yanaşmada praqmatizmə əsaslanan balans siyasətinə görə nəticə əldə edə bilib. Bu nəticənin davamlı olması da balanslı yanaşmanın dəyişməməsindən asılı olacaq. Son hadisələr fonunda isə buna dair müəyyən şübhələr yaranmağa başlayıb.

28 mayda İrəvanda keçirilən hərbi paradda ABŞ istehsalı olan silahların nümayiş etdirilməsi xüsusilə diqqət çəkdi və suallar yaratdı: Azərbaycan və Ermənistanın sülh sazişi layihəsinin paralanmasına şahidlik edən Vaşinqton tərəflərdən birinin hərbiləşməsində niyə iştirak edir?

Parad Ermənistan hakimiyyətinin seçkiyə hesablanmış təbliğatı kimi təqdim edilsə də, nümayiş olunan hərbi arsenal sülh gündəliyinin aktual olduğu regionun təhlükəsizliyi kontekstində riskli görünürdü. 2020-ci il müharibəsi və sonrasında baş verənlər təsdiq etdi ki, Ermənistan Azərbaycanın sülh təşəbbüslərini regionda yaranmış reallıqlara görə qəbul edib, hətta 2023-cü ildə suverenliyimizin bərpa edildiyi anti-terror əməliyyatına qədər İrəvanın danışıqları imitasiya etdiyi sirr deyildi. Vaşinqton anlaşmasından sonra ABŞ-ın regional siyasətindən əsas gözləntilər də sülh prosesini təşviş etməkdir, hərçənd, bunun əksinin baş verməsi Ermənistanı mövcud gündəlikdən yayınmasına şərait yarada bilər. Sülh prosesinin iştirakçısı olan Tramp Administrasiyası bu məsələdə xüsusilə ehtiyatlı olmalıdır. Əsas gözlənti belə olsa da, Birləşmiş Ştatların Ermənistana təkcə hərbi yox, diplomatik müstəvidə də dəstəyi müşahidə olunur.

ABŞ-ın Dövlət katibi Marko Rubionun Ermənistan səfərini yüksək diplomatik dəstəyin nümunəsi hesab etmək mümkündür. Çünki supergüc olan ABŞ-ın xarici siyasətindən məsul şəxs uzun illər sonra regiona ilk səfərini edirdi və ziyarətin yalnız İrəvanla yekunlaşdırdı. Rubionun səfəri Hindistandan qayıdarkən, “ayaq üstü” ziyarət kimi təqdim edilsə də, İrəvanda müzakirə edilən məsələlər və ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası, eləcə də TRİPP layihəsi üzrə çərçivə sazişinin imzalanması kifayət qədər əhəmiyyətli idi.

Təkcə Ermənistanı ziyarət edərək, bölgəni tərk edən Rubionun Azərbaycana gəlməməsi ABŞ-ın Cənubi Qafqaz siyasətində balansın açıq şəkildə pozulduğunu göstərir. Dövlət katibinin səfərindən iki gün sonra İrəvandakı hərbi paradda Amerika istehsalı olan silahların nümayiş etdirilməsi bu fikri daha da gücləndirdi.

Sual yaranır: Rubionun qeyri-balans yanaşması Tramp Administrasiyasının xarici siyasət kursundan, yoxsa şəxsi mövqeyindən qaynaqlanır?

Prezident Donald Trampın qlobal siyasətdə irəli sürdüyü sülh təşəbbüsləri, Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi töhfə və Prezident İlham Əliyevlə yüksək əlaqələri bu yanaşmanın Vaşinqtonun xarici siyasət kursundan qaynaqlandığı ehtimalını azaldır. Digər tərəfdən, Rubionun siyasi karyerasındakı müəyyən çalarlar da diqqət çəkir.

Marko Rubio Tramp Administrasiyasında yüksək posta təyin olunana qədər erməni lobbisinin fəal üzvlərindən biri kimi fəaliyyət göstərib. ABŞ Erməniləri Milli Komitəsi (ANCA) onun Azərbaycan əleyhinə fəaliyyətini daim yüksək qiymətləndirib. İkinci Qarabağ müharibəsindən sonra erməni diasporu/lobbisinin başladığı genişçaplı anti-Azərbaycan kampaniyasında da aktiv iştirakçılarda biri Rubio idi və bu prosesdə Senatın Xarici Əlaqələr Komitəsinin sədri, ermənipərəst Bob Menendezlə birgə fəaliyyət göstərib. Menendez və Rubio 2022-ci ildə Azərbaycana qarşı “hərbi yardımların dayandırılması, sanksiyaların tətbiq edilməsinin” təklif olunduğu, eləcə də “müharibə cinayətləri”nə dair qondarma ittihamların yer aldığı qərəzli qətnamələri birlikdə irəli sürmüşdü. Rubionun dövlət katibi postuna namizədliyini ilk dəstəkləyən qrupların başında ANCA-nın gəlməsi heç də təsadüfi deyildi.

Belə bir keçmiş malik olan dövlət katibinin Vaşinqtonun maraqlarını lobbi maraqlarına qurban verdiyi istisna edilməməlidir. Çünki ABŞ-ın regional siyasətdə balansdan uzaqlaşması, xüsusilə Vaşinqton anlaşmalarından sonra öz “ayağına sıxmaq” deməkdir. Bu balansın Azərbaycanın əleyhinə pozulması isə ABŞ-ı regionda daha öncə Bayden Administrasiyasının səhvlərinə görə düşdüyü “ofsayt” vəziyyətinə sala, Orta dəhlizdə əldə etdiyi nəticələrdən məhrum olmaq riski ilə üz-üzə qoya bilər.

Tramp Administrasiyasında vitse-prezident Ceyms Devid Vensin regiona səfəri zamanı balansı qoruması – İrəvanla yanaşı, Bakıya da səfər etməsi Rubionun qeyri-peşəkar diplomatiyasının Ağ Evin, birbaşa Prezident Donald Trampın yanaşmasından yox, lobbi maraqlarından irəli gəldiyi qənaətini gücləndirir. Belə yanaşma ABŞ-ın strateji maraqlarının əleyhinədir. Çünki balansın regionun əsas gücü olan və nəqliyyat arteriyalarında qovşaq rolunu oynayan Azərbaycanın əleyhinə pozulması ABŞ-la münasibətlərin gələcəyinə risklər yaradır. Buna paralel şəkildə, balanslı yanaşmanın nə qədər praqmatik və peşəkar siyasət olduğu Vensin səfəri zamanı ortaya çıxdı.

ABŞ vitse-prezidenti İrəvanda və Bakıda apardığı yüksəksəviyyəli danışıqlarla həm Vaşinqtonun bölgədəki mövqelərini, həm Tramp Administrasiyasının regional sülhə verdiyi töhfəni gücləndirdi. Eyni yanaşmanı, Avropa liderləri də sərgiləyir. İtaliyanın baş naziri Ciorcia Meloni, həmçinin, Avropa Birliyinin xarici məsələləri və təhlükəsizlik üzrə komissarı Kaya Kallas Ermənistanı ziyarət edəndə Azərbaycana səfər ediblər. Bu, həm ikitərəfli əlaqələri, həm də AB-Azərbaycan tərəfdaşlığını gücləndirən yanaşma oldu. AB-nin keçmiş administrasiyasında təmsil olunan rəhbər şəxslərin vaxtilə balansı pozması, regiona Ermənistan maraqları kontkestində yanaşması Brüsselin bölgədəki mövqelərini təhlükə altına atmışdı. Xüsusilə xarici məsələlər və təhlükəsizlik üzrə keçmiş komissar Cozep Borrelin fəaliyyəti Brüssel-Bakı xəttində problemlərə yol açmışdı. AB-də administrasiya dəyişikliyindən sonra Cənubi Qafqaz siyasətində balans siyasəti bərpa olundu və bu, Bakı-Brüssel xəttində problemlərin aradan qalxması ilə yanaşı, Avropanın bölgədəki mövqelərini də gücləndirdi.

Bütün bunlar ABŞ-ın regionda balanslı siyasət yürütməsini şərtləndirir, əks təqdirdə, Vaşinqtonun qlobal nüfuzuna və bölgədəki mövqelərinə təhlükə yarana bilər. Birləşmiş Ştatların rəhbərliyi bu haqda düşünməli, dövlət katibinin bölgədə lobbi maraqları kontekstində yanaşmasına imkan verməməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 İyun 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri