Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Bankların keşbek faizləri Yanvar 2026

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Cənubi Qafqazda ABŞ maraqları: Enerji, transit layihələr və yeni geosiyasi reallıqlar

Cənubi Qafqazda ABŞ maraqları: Enerji, transit layihələr və yeni geosiyasi reallıqlar

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illərdə ABŞ -nin Cənubi Qafqaz, xüsusilə Azərbaycana göstərdiyi maraq, regiondakı geopolitik vəziyyətin dəyişdiyi bir dövrə təsadüf edir.

Enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi və yeni geosiyasi reallıqlar Vaşinqtonun regiona baxışında prioritet istiqamətlər kimi çıxış edir. Bakıda keçirilən Azərbaycan–ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu isə bu marağın intellektual və strateji çərçivədə daha da dərinləşdiyini göstərir.

Forum çərçivəsində ekspertlərin müzakirələri iki ölkə arasında dialoqun, həmçinin təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq sahələrində daha çevik əməkdaşlıq mexanizmlərinin formalaşması üçün mühüm platforma rolunu oynayıb.

ABŞ-nin Cənubi Qafqaz regionuna və Azərbaycana artan marağının əsas səbəbləri nələrdir və Bakıdakı Beyin Mərkəzləri Forumunda aparılan müzakirələr bu marağın gələcək əməkdaşlıq formatlarına necə təsir göstərir?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq Həşim Səhrablı vurğulayıb ki, kimin daha çox tərəfdaşı varsa, həmin dövlətin təsir imkanları, təsir dairəsinin güclülüyü və genişmiqyaslı olması da tərəfdaşların sayına və kimliyinə görə formalaşacaq:

“ABŞ-ın Cənubi Qafqaz regionuna, həmçinin Azərbaycana indiki vəziyyətdə marağının artmasının səbəbi dünya siyasətində sürətlə baş verən dəyişikliklərdir. Rusiyanın Ukraynada aparılan müharibə timsalında kollektiv Qərbə meydan oxuması, Çinin durmadan inkişaf etməsi və bir çox ekspertlərin ortaq fikirlərinə görə yaxın gələcəkdə ABŞ-ni bir çox sahələrdə geridə qoyacaq qədər ciddi uğurlar əldə etməsi, eyni zamanda sürətli hərbiləşmə – bu təkcə hərbi təşkilatlara aid deyil – dünya ölkələrinin silahlanma yarışına daxil olması, güc mərkəzlərinin dəyişməsi, birqütblü və tərkibli hazırkı dünya nizamının pozulmasının davam etməsi və artıq çoxqütblü dünya sisteminin qurulması üçün hazırlıqların getməsi fonunda ABŞ yeni dünyada əsas güc mərkəzi olaraq çıxış etməyə çalışır.

ABŞ anlayır ki, yeni – çoxqütblü – dünyada dövlətlərin gücünü və təsirini təyin edəcək əsas nüanslardan biri tərəfdaşlıq məsələsi olacaq. Kimin daha çox tərəfdaşı varsa, həmin dövlətin təsir imkanları, təsir dairəsinin güclülüyü və genişmiqyaslı olması da tərəfdaşların sayına və kimliyinə görə formalaşacaq. Belə bir situasiyada ABŞ təkcə Cənubi Qafqazda deyil, Mərkəzi Asiyada da ciddi addımlar atır və bu region ölkələri ilə əlaqələrini daha da genişləndirməyə çalışır.

Bununla yanaşı, ABŞ-ın Afrika ilə bağlı ciddi siyasi planları mövcuddur. Eyni zamanda Venezuela, Kolumbiya kimi rəqiblərlə, Braziliya kimi dövlətlərlə başabaş mübarizə aparmaq üçün Latın Amerikası siyasətində də yeniliklər etməyə çalışır. Bütün bu addımlar ABŞ-ın yeni dünya düzəninə hazırlıqlarının nəticəsi kimi qiymətləndirilir”.

Politoloqun sözlərinə görə ABŞ planlayır ki, Cənubi Qafqaz ölkələri və Mərkəzi Asiya dövlətləri ilə əlaqələri genişləndirməklə, regiondan keçəcək transit layihələrində tərəfdaş kimi çıxış etsin:

“Cənubi Qafqaz və Azərbaycan məsələsinə gəldikdə, ABŞ anlayır ki, yeni dünyanın digər önəmli məsələlərindən biri də transit məsələləri və transit layihələri olacaq. “Bir kəmər – bir yol” layihəsi mövcuddur və Azərbaycan Cənubi Qafqazda bu layihənin ən önəmli həlqələrindən biridir. ABŞ planlayır ki, Cənubi Qafqaz ölkələri və Mərkəzi Asiya dövlətləri ilə əlaqələri genişləndirməklə, regiondan keçəcək transit layihələrində tərəfdaş kimi çıxış etsin, orada pay sahibi olsun və təsir imkanları əldə etsin.

Bununla yanaşı, Orta Dəhliz məsələsi də xüsusi əhəmiyyət daşıyır. ABŞ, Cənubi Qafqaz ölkələri – başda Azərbaycan olmaqla – və Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı əməkdaşlıq quraraq Orta Dəhlizin sahib olduğu iqtisadi və tranzit perspektivlərini öz maraqları istiqamətinə yönləndirməyə çalışır. Digər tərəfdən, bölgənin coğrafi və strateji önəmi də xüsusi vurğulanır.

Azərbaycan həm Rusiya, həm də İranla – ABŞ-ın regional və qlobal miqyasda əsas rəqiblərindən ikisi ilə – sərhəddir və bu iki gücün birbaşa coğrafi şəkildə birləşməsinə mane olan əsas dövlət kimi çıxış edir. Eyni zamanda, Azərbaycan trans-Xəzər marşrutları ilə Çinə də, Rusiya və İran qədər olmasa da müəyyən coğrafi yaxınlığa malikdir və tranzit layihələri vasitəsilə bu əlaqələri daha da aktivləşdirmək mümkündür.

Bundan əlavə, Azərbaycan bir neçə ay əvvəl Çinlə strateji tərəfdaşlıq müqaviləsi imzalayan ölkə kimi artıq dünya siyasətində önəmli aktor qismində çıxış edir. Eyni zamanda Azərbaycan Türkiyə ilə müttəfiqdir. Türkiyə ABŞ-ın NATO səviyyəsində və ikitərəfli münasibətlər çərçivəsində ən əhəmiyyətli müttəfiqlərindən biridir. Yaxın Şərq siyasətində Türkiyə və ABŞ arasında zaman-zaman ziddiyyətlərin yaranmasına baxmayaraq, gələcəkdə bu münasibətlərin böyük qarşılıqlı əməkdaşlığa çevrilə biləcək potensialı mövcuddur.

Azərbaycan–Türkiyə müttəfiqliyi isə Yaxın Şərqin siyasi xəritəsinin yenidən formalaşmasında effektiv hərbi-siyasi və iqtisadi gücə çevrilə bilər. Bu səbəbdən ABŞ əvvəlki səhvləri geridə qoymalı, Azərbaycana düşmən və ya sıradan bir ölkə kimi deyil, yaxınlaşmalı və onu tərəfdaşa çevirməyə çalışmalıdır. Ortaq maraq kəsb edən məsələlər inkişaf etdirilməli və buradan hər iki tərəf qarşılıqlı şəkildə öz maraqlarını təmin edə bilər.

Bakıda keçirilən Azərbaycan–ABŞ Beyin Mərkəzlərinin Birinci Forumunda da böyük ehtimalla bu məsələlərin hamısı ətrafında geniş müzakirələr aparılıb. Hazırkı mərhələdə əsas məsələ ondan ibarətdir ki, həm Azərbaycan, həm də ABŞ beyin mərkəzləri bu məqsədlərə çatmaq üçün necə bir yol xəritəsi hazırlamalı, hansı addımları atmalı olduğunu müəyyənləşdirməlidir. Bu planların hazırlanmasına artıq başlanılıb və yaxın gələcəkdə həmin planlar icra olunmağa başladıqca onların hansı məqsədlərə hesablandığı daha aydın görünəcək”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Noyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see408

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see152

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see151

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see138

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri