Icma.az
close
up
RU
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb ŞƏRH

Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İrəvana gələn dövlət katibi Marko Rubionun erməni həmkarı Ararat Mirzoyanla görüşündə ABŞ-Ermənistan Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası və mineralların hasilatı və emalı sahəsində çərçivə memorandumu imzalandı, həmçinin, TRİPP layihəsi (Zəngəzur dəhlizi) üzrə əməkdaşlıq haqqında çərçivə sazişini parafladılar. Bu, ABŞ-ın Azərbaycanla olduğu kimi, Ermənistanla da münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməsi deməkdir və Vaşinqtonun regional planı fonunda məntiqi nəticə hesab oluna bilər".

Bu sözləri Sherg.az-a amıqlamasında siyasi şərhçi Vüqar Dadaşov deyib.

V.Dadaşovun sözlərinə görə, əsas məqam Rubionun İrəvana niyə indi – seçkilərə sayılı günlər qalmış gəlməsi və sənədlərin seçkidən əvvəl imzalanmasıdır. Onun fikrincə, burada iki mümkün hədəf görünür:

"Birincisi, Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb. Dövlət katibi İrəvanda Mirzoyana xitabən, “siz, baş nazir və bütün komandası Ermənistan üçün daha parlaq, daha müstəqil bir gələcəyin yolunu açırsınız, bu vizyonu dəstəklədiyimizi bildirməkdən məmnunam” sözləri ilə bunu açıq şəkildə ifadə etdi. Bu kontekstdə ABŞ-Ermənistan sənədlərinin indi imzalanması da hesablanmış gedişdir. Bu sazişlərlə Paşinyan komandasının yanında olduğunu göstərən ABŞ Vaşinqton-İrəvan münasibətlərinin gələcəyinin də mövcud hakimiyyətin seçilməsindən asılı olduğu mesajını verir. Seçki prosesinə müdaxilə edən tərəflərə xəbərdarlıq edir ki, bu, təkcə anti-Paşinyan müdaxiləsinə cəhd edən Rusiyaya yox, hakimiyyəti dəstəkləyən Avropa İttifaqına da ünvanlanıb. Trampın Administrasiyasının Brüsselə geosiyasi uzaqlaşması fonunda Ermənistan, ümumilikdə Cənubi Qafqaz da ABŞ-Aİ təsir mübarizəsinin meydançalarından biridir və Vaşinqton seçkidən sonra Paşinyanı dəstəkləyən Brüsselin onun maraqlarının önünə keçməsini istəmir. Digər hədəf isə ABŞ-nin Ermənistan seçkilərində mümkün hakimiyyət dəyişikliyi ssenarisində özünü sığortalamasıdır. Sazişlərin seçkiyə sayılı günlər qalmış imzalanması 7 iyundan sonra yeni hakimiyyət gələcəyi təqdirdə Ermənistandakı layihələrini davam etdirmək və təsir imkanlarına yarana biləcək riskləri azaltmaq gedişidir".

Ekspert qeyd edib ki, ABŞ Ermənistanla münasibətlərdə TRİPP layihəsinin icrasına xüsusi diqqət ayrırır:

" Bu layihə Vaşinqton üçün təkcə Cənubi Qafqazda dayaqlarını gücləndirmək yox, Orta dəhlizdə praktiki mövcudluq qazanmaq, Avrasiyanın nəqliyyat şəbəkəsində strateji paya sahib olmaq və Çinlə qlobal rəqabətdə üstünlük əldə etmək deməkdir. Bu baxımdan, Tramp Administrasiyası 7 iyundan sonra baş verə biləcək bütün mümkün ssenarilərdə layihənin davam etməsində maraqlıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 May 2026 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri