Rubl sürətlə ucuzlaşır: Rusiyada növbəti güclü inflyasiya ola bilər
Sfera.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın milli valyutası olan rublun dollar qarşısında ucuzlaşması sürəti son günlər bir qədər də artıb.
Sfera.az xatırladır ki, rubl bu ilin avqustundan ucuzlaşır və proses son günlər daha da sürətlənib.
2024-cü ilin iyulun sonunda bir dollar 85 rubl idi. Noyabrın əvvəlində məzənnə 98 rubla, bu gün isə 103 rubla yüksəlib. Son 4 aya yaxın müddətdə dolların rubla nəzərən 21,2 faiz bahalaşması müşahidə edilib.
Rublun ucuzlaşmasının 2 səbəbi var. Birinci səbəb dolların möhkəmlənməsidir. ABŞ valyutası bir müddətdir ki, bahalaşır və bu, digər valyutalarla məzənnədə özünü göstərir. Amma ikinci və daha önəmli səbəb Rusiya iqtisadiyyatının vəziyyəti ilə bağlıdır. Ağır sanksiyalar, dövlət büdcəsinin artan xərcləri rublu dəyərdən salır.
Rublun ucuzlaşması Rusiyada inflyasiya tempinin də artmasına səbəb olur. Bunu nəzərə alan Rusiya Mərkəzi Bankı artıq bir neçə dəfə faizləri artırıb. Ehtimal olunur ki, rubl ucuzlaşdıqca qiymətlər artacaq və Rusiyada növbəti yüksək inflyasiya müşahidə ediləcək.
Vasif
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 22 Noyabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















