Icma.az
close
up
RU
Rubl ucuzlaşır: Rusiyada işləyən azərbaycanlıları nə gözləyir?

Rubl ucuzlaşır: Rusiyada işləyən azərbaycanlıları nə gözləyir?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

2024-cü il noyabrın 28-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0491 manat təşkil edib.

Rusiyanın 100 rublu 1,5024 manata kimi ucuzlaşıb, avro isə 1,7943 manata kimi bahalaşıb.

Belə olan halda Rusiyada işləyib Azərbaycana pul göndərənlərin vəziyyəti necə olacaq? 

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, rubl ilə bağlı baş verən proseslər Rusiyada fəaliyyət göstərən miqrantların əməkhaqlarına, gələn gəlirlərinə və öz ölkələrinə göndərdikləri vəsaitə çox böyük təsir göstərir: 

“Onsuzda Rusiya-Ukrayna müharibəsi başlayandan bəri pul köçürmələrdə problemlərin yaranması orada çalışanlara əlavə yük gətirmişdi.

Çünki bir çox hallarda beynəlxalq pul köçürmələrdə Rusiya ərazisində problemlər olduğuna görə, əldə etdikləri vəsaiti öz ailələrinə göndərməkdə problem yaşayırdılar və müxtəlif üsullardan istifadə etməyə məcbur qalırdılar.

İndi rublun ucuzlaşması ilə təbii ki, həmin insanlar qazandıqları vəsaiti Azərbaycana və başqa Mərkəzi Asiya respublikalarına rubl ilə göndərmirlər. 

Daha çox dollar və ya avro ilə göndərirlər ki, ailələri də burada həmin vəsaiti yerli valyutaya çevirib xərcləyə bilsinlər”. 

Təbii ki, rubl dollar qarşısında kəskin ucuzlaşdıqca, həmin şəxslərin gəlirlərinin də rubl ilə olduğunu nəzərə alsaq onların maaşları avtomatik artmır:

“Dünənə qədər qazandıqları vəsaitə aldıqları dolları bu gün ala bilmirlər. 

Çünki dolar kəskin şəkildə bahalaşıb. Ona görə də Rusiyadan gələn, Azərbaycana daxil olan valyutanın həcmində ciddi azalmalar müşahidə olunacaq”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Noyabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri