Rud van Nistelroy İPL in ən yaxşı saydığı hücumçunun adını dedi
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Mançester Yunayted"in sabiq hücumçusu, hazırda "Lester"in baş məşqçisi olan Rud van Nistelroy İngiltərə Premyer Liqasının ən yaxşı hücumçusunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Euro Foot" belə çatdırıb:
"Premyer Liqanın ən yaxşı hücumçusu Holanddır. Erlinq bunu oyunu ilə sübut edib. O, artıq mümkün olan hər şeyi qazanıb. Holand sözün əsl mənasında, başqa səviyyədir. Komandanda belə bir oğlan varsa, mövsümə 30 qol vuracağına əmin ola bilərsən. İndi pis mövsüm keçirdiyini deyirlərsə, yaxşı oynamağa başlayanda necə olacaq? Bəlkə də 60-70 qol vuracaq. O, "Siti"nin dayağıdır. Holandı yalnız tərifləyə bilərəm".
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 40 matça çıxan Holand 30 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 24 yaşlı futbolçunun "şəhərlilər"lə müqaviləsinin müddəti 2034-cü ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı norveçli oyunçunun transfer qiymətini 200 milyon avro ilə dəyərləndirir.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 01 Aprel 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















