Rud van Nistelroy İPL komandasının baş məşqçisi olmağa yaxındır
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Mançester Yunayted"dən ayrılan Rud van Nistelroy digər İngiltərənin digər elita komandasına baş məşqçisi təyin edilməyə yaxındır.
Fanat.Az xəbər verir ki, "The Telegraph" yayıb.
Xəbərə görə, onun xidmətində "Lester" maraqlıdır. Mənbə sözügedən klubun idarəçilərinin digər variantları da nəzərdən keçirdiklərini, amma böyük ehtimalla, bu ayın sonunadək van Nistelroy ilə müqavilə bağlayacaqlarını vurğulayıb.
Xatırladaq ki, MY oktyabrın 28-də niderlandlı mütəxəssis Erik ten Haqı istefaya göndərib. Yeni çalışdırıcı Ruben Amorim "qırmızı şeytanlar"ın "sükanı arxası"na keçənədək baş məşqçini funksiyasını müvəqqəti olaraq van Nistelroy yerinə yetirib. Rud 28 oktyabr - 11 noyabr aralığında bir vaxtlar hücumçu kimi formasını geyindiyi komandanı 4 oyuna çıxarıb.
"Lester" rəhbərliyi daha öncə uelsli mütəxəssis Stiven Kuperi baş məşqçi postundan uzaqlaşdırıb. "Tülkülər" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 16-cı pillədə mövqe tutublar.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 28 Noyabr 2024 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















