Icma.az
close
up
RU
Rüfət Abdullazadə: Avropada vurduğum ilk qol mənim üçün başlanğıc xarakteri daşıyır

Rüfət Abdullazadə: Avropada vurduğum ilk qol mənim üçün başlanğıc xarakteri daşıyır

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbolçu üçün ilk qol həmişə yaddaqalan olur və mən də bunu karyeramda önəmli addım kimi dəyərləndirirəm.

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Xorvatiyanın “Varazdin” klubunda çıxış edən azərbaycanlı futbolçu Rüfət Abdullazadə komandasının heyətində vurduğu ilk qol barədə danışarkən deyib.

24 yaşlı oyunçu bildirib ki, Xorvatiya Kubokunda “Qay Maçe” kollektivinə 7:1 hesabı ilə qalib gəldikləri matç onun üçün çox önəmli olub: “Çünki Avropada rəsmi qarşılaşmalarda ilk qolumu vurdum. Oyuna əsas heyətdə başlamaq və erkən qol vurmaq mənə əlavə inam verdi. Rəqib iddialı komanda olmasa da, bu qol mənim üçün başlanğıc xarakteri daşıyır”.

O, meydana çıxdığı andan etibarən məsuliyyət hiss etdiyini vurğulayıb: “Açığı, həyəcan yox idi. İlk dəfə əsas heyətdə meydana çıxmaq mənim üçün böyük önəm daşıyırdı. Oyuna daxil olduqca ritmi hiss etməyə başladım, komanda yoldaşlarım da daim dəstək oldular. Qoldan əlavə, meydanda hərəkətim, topdan kənar oyunum və müdafiəyə verdiyim dəstək də vacib idi. Çünki yalnız qol vurmaqla iş bitmir. Əsas məsələ komandanın oyun sisteminə uyğunlaşmaqdır. Bu oyunda qol vurmaq mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki ötən həftə “Dinamo Zaqreb” qarşısında asist etmişdim və qarşıda bizi digər böyük klub — “Hayduk”la görüş gözləyir. Bu səbəbdən həm özümü göstərmək, həm də özümə olan inamı artırmaq baxımından bu qol çox dəyərli oldu”.

Qeyd edək ki, Rüfət Abdullazadənin “Varazdin”lə müqaviləsi 2028-ci ilin yayına kimidir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Sentyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri