Icma.az
close
up
RU
Rüfət Abdullazadə: Avropada qalmaq çətindir

Rüfət Abdullazadə: Avropada qalmaq çətindir

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Rüfət Abdullazadə: "Avropada qalmaq çətindir"

“Zirə”nin Xorvatiyanın “Varajdin” futbol klubundan icarə əsasında heyətinə qatdığı Rüfət Abdullazadənin müsahibə verib. 24 yaşlı yarımmüdafiəçi "Zirə"yə keçməsindən və Avropada çox qala bilməməsindən danışıb.

- “Zirə”yə keçidiniz necə baş tutdu? Təklifi nə vaxt almışdınız?

- Bu keçid prosesi tam şəkildə menecerim vasitəsilə aparılıb. Mən həmin dövrdə istirahət üçün Azərbaycana gəlmişdim və yanvarın 4-də yenidən geri qayıtmalı idim. Qayıdışıma cəmi bir gün qalmış menecerimlə danışdıq. O, mənə müəyyən şərtlər daxilində “Zirə” klubunun marağını və rəsmi təklifini bildirdi. Təklifdə klubun planları, mənə olan inamı və qarşıya qoyulan məqsədlər açıq şəkildə izah olunmuşdu. Menecerimin bu keçidlə bağlı tövsiyəsi və mənim də razılığımdan sonra bütün detalları dəyərləndirib təklifi qəbul etdik.

- Adınız “Kəpəz”lə də yanaşı hallanırdı. Həqiqətən Gəncə klubundan təklif almışdınız?

- “Kəpəz” tərəfindən maraq olmuşdu. Danışıqlar aparıldı, amma yekunda tərəflər üçün tam uyğun şərtlər formalaşmadı. Futbolda bu cür hallar normaldır. Mən buna anlayışla yanaşıram və “Kəpəz” klubuna gələcəkdə uğurlar arzulayıram.

- Maraqlıdır, başqa ölkələrdən də təklifləriniz var idi?

- Bu məsələ ilə bağlı onu qeyd etməliyəm ki, mən müqavilə ilə “Varajdin” klubuna məxsusam. Ona görə də başqa ölkələrdən təkliflər barədə məlumatım olmayıb. Ümumiyyətlə, belə danışıqları aparmaq səlahiyyətim də yoxdur. Bu proseslər klub və menecerim arasında gedir. Mənim əsas diqqətim meydanda öz işimi görmək və hazır olmaqdır.

- Sizcə, niyə azərbaycanlı futbolçular Avropada uzun müddət qala bilmirlər?

- Ümumiyyətlə, Avropada, xüsusilə də rəqabətin çox yüksək olduğu liqalarda qalıcı olmaq çox çətindir. Bu, kənardan göründüyü qədər asan deyil. Orada təkcə futbol keyfiyyəti kifayət etmir. Güc, fiziki davamlılıq, səbr və yüksək səviyyədə peşəkarlıq çox vacibdir. Futbolçu hər gün öz üzərində işləməli, rəqabətə və təzyiqə hazır olmalıdır. Qeyd etməliyəm ki, Avropada qalmaq düşünüldüyü kimi asan deyil və bu yola tam hazır olmaq lazımdır.

- Gələcək hədəfiniz nədir?

- Hazırda bütün diqqətim “Zirə”dədir. Məqsədim komandaya maksimum fayda vermək, stabil oyun vaxtı qazanmaq və öz üzərimdə ciddi şəkildə işləməkdir. Bu mərhələ mənim üçün çox önəmlidir. Uzunmüddətli hədəfim isə daha güclü və hazırlıqlı şəkildə yenidən Avropaya qayıtmaqdır.

Mənbə: "Azərtac" dövlət agentliyi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://qol.az
archiveBu xəbər 07 Yanvar 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see399

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see248

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see245

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see228

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see228

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see227

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see227

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see225

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see224

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see224

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see223

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see218

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see217

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see206

Əhliman Əmiraslanovun sədrliyi ilə Səhiyyə komitəsinin ilk iclası keçirildi FOTOLAR

18 Sentyabr 2026 10:36see204

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see203

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see202

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see201

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see196

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri