Icma.az
close
up
RU
Rüfət Mahmud İçərişəhərdəki yeni qaydalardan DANIŞDI

Rüfət Mahmud İçərişəhərdəki yeni qaydalardan DANIŞDI

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İçərişəhərdə əmlakların hamısı dövlətin balansında deyil, əksinə əksəriyyəti özəl mülkdür”.
Bizim.Media xəbər verir ki, bunu APA-ya və “Xəzər” TV-yə müsahibəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud deyib.
“İçərişəhərin idarəetməsində olan əmlakların böyük hissəsi artıq illərdir formalaşmış obyektlərdir. Yeni hansısa yerin açılmasında, yaxud boşalmış yerlərin yeni sahibkarlara verilməsi zamanı təkliflər toplanır və ən uyğun təklif əsasında sahibkarla müqavilə imzalanır.
Burada uyğun təklif dedikdə biz yalnız yüksək icarə haqqını nəzərdə tutmuruq. Məqsəd hər kvadratmetrdən maksimum gəlir deyil, İçərişəhər üçün maksimum dəyər yaratmaqdır. Bəzi boşalan sahələr kommersiya məqsədilə deyil, sənətkarlıq və sosial-mədəni layihələr üçün ayrılır.
Məsələn, İçərişəhərdə bir neçə ay bundan öncə inzibati binalardan biri boşaldılmışdı və biz həmin yeri artıq sahibkarlara yox, sosial layihə olaraq, sənətkarlara verdik. Burada rəssam, xəttat, uşaq inkişaf mərkəzi yerləşir. Şərtlərimiz də elə oldu ki, həmin məkanı istifadə edib, əvəzində İçərişəhərdə sosial layihələrin keçirilməsini öz öhdəliklərinə götürürlər. Bu kimi yanaşmalarımız var”, – Rüfət Mahmud qeyd edib.
O bildirib ki, standart icarə müqaviləsi 11 aylıqdır:
“Əgər sahibkar həmin obyektə əlavə investisiya yatırarsa, o vəsait qeydə alınıb və onun geridönüş müddəti hesablanaraq müqavilə imzalanılır. Əgər sahibkar icarə müqaviləsində göstərilmiş öhdəlikləri yerinə yetirməzsə, - icra haqqını vaxtında ödəməzsə, xidməti yaxşı səviyyədə göstərməzsə, onun haqqında narazılıqlar səsləndirilərsə, sanitar normalara riayət olunmazsa, həmin sahibkara xəbərdarlıq məqsədilə onunla növbəti müqavilə 6 aylıq imzalanır.
Bu müddət ərzində həmin nöqsanlar aradan qaldırılmalıdır. Nöqsanlar 6 ay müddətinə də aradan götürülmürsə, onda həmin sahibkarla müqavilənin müddəti uzadılmır. Bu, cəza deyil, sahibkara nöqsanları aradan qaldırmaq üçün verilən müddət və məsuliyyət mexanizmidir”
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Sentyabr 2026 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri