Icma.az
close
up
RU
Ruhi Gəncədəki faciədən yazdı: Mən bilmirəm bu dəhşətli hadisəni kim törədib

Ruhi Gəncədəki faciədən yazdı: Mən bilmirəm bu dəhşətli hadisəni kim törədib

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İş xanımı və tanınmış xeyriyyəçi Ruhiyyə Əliyeva Gəncədə 17 yaşlı Elgün İbrahimovun müəmmalı şəkildə həyatını itirməsinə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, onun sosial şəbəkədə paylaşdığı emosional açıqlama cəmiyyətin diqqətini çəkib.

Ruhiyyə Əliyeva yazır:
“Gəncədə 17 yaşlı Elgün İbrahimovun faciəli şəkildə ölməsi hamı kimi məni də üzdü. Bu çox ağır bir cinayətdir. Mən bilmirəm bu dəhşətli hadisəni kim törədib. Yalnız onu bilirəm ki, bu ölümdə hamımız günahkarıq.”

Xeyriyyəçi bəzi insanların Elgünün faciəsi üzərindən öz maraqlarına xidmət etməyə çalışdığını, digərlərinin isə biganə qaldığını qeyd edib. Onun sözlərinə görə, belə bir hadisə qarşısında susmaq mümkün deyil:

“Bəzi adamlar Elgünün ölümündən şou kimi istifadə edir, bəziləri Azərbaycan polisinə ləkə yaxır, bəziləri isə sadəcə biganə qalır. Mən biganə qala bilmirəm. Çünki ürəyim sızıldayır. Ortada bir gəncin həyatı yarımçıq qalıb.”

Ruhiyyə Əliyeva bildirib ki, istər qətl, istərsə də intihar olsun – bu yaşda bir şəxsin ölümü bütöv bir cəmiyyətin problemidir:

“Hər nə olur olsun, bu yaşda şəxsin ölümünə görə bütün cəmiyyət məsuliyyət daşıyır. Çünki ölən məsum bir gəncdir.”

O, hüquq-mühafizə orqanlarına inandığını da xüsusi vurğulayıb:

“Azərbaycanın hüquq-mühafizə orqanlarının bu ağır cinayətin üstünü açacağına əminəm. Günahkar gec-tez cəzasını alacaq, amma Elgün həyata qayıtmayacaq (musavat.com). 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 May 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see284

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see244

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see172

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see154

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see138

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see127

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see126

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see125

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri