Icma.az
close
up
RU
Ruhlar şəhəri artıq ruhumuzun şəhəridir

Ruhlar şəhəri artıq ruhumuzun şəhəridir

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

2020-ci il noyabr ayının 10-da əldə edilmiş üçtərəfli razılaşma ilə Ağdam, Kəlbəcər və Laçın heç bir güllə atmadan, şəhid vermədən erməni silahlılarından azad edildi. Bu Azərbaycanın döyüş meydanında qazandığı parlaq qələbəsinin diplomatik arenada da siyasi mübarizədə davamı idi. 27 il işğal altında olan Ağdam şəhəri qəsbkarlardan azad edildi, Azərbaycan Ordusunun bölmələri şəhərdə bayrağımızı ucaltdı.Bu tarixdən etibarən ərazilərimizdə həyat yenidən canlandı, quruculuq-abadlıq işlərinə başlanıldı. Azərbaycanın nadir incilərindən olan Ağdamı yer üzündən silən erməni barbarları şəhərdə misli görünməmiş vəhşilik həyata keçiriblər. Məhz buna görə də ki, Ağdamı “Qarabağın Xirosiması”, “Ruhlar şəhəri” adlandırırdılar. Britaniyalı jurnalist Tomas de Val 2000-ci illərdə yazdığı “Qara bağ” kitabında Ağdamı “Qafqazın Xirosiması”, 2010-cu ildə isə “Əl-Cəzirə” telekanalı Ağdamı “ruhlar şəhəri” adlandırdı.

Döyüşlərdə şəhər düşmənə 6 000-dən çox şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. İşğal nəticəsində 160 min nəfər əhalidən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.

Son illər ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdamda səfərdə olublar, burada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olub, rayonda keçirilən tədbir və bir çox yeni açılış mərasimlərində iştirak ediblər.

Ağdamda şəhər dirçəldilir, yenidən qurulur, bərpa işləri aparılır və yeni infrastruktur qurulur. Vətən müharibəsindən sonra ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin - ağdamlıların yolunu gözləyir. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndləri yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. Tikinti-quruculuq işləri ara vermədən, yeni sosial obyektlərin, küçə və prospektlərin salınmasına, yeni bina və mənzillər tikilməsinə xüsusi diqqət göstərir. Yeni salınan obyektlər ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcək şəhərdə aparılan quruculuq işlərindən soraq verir.

Qeyd edək ki, yenidənqurma işlərindən sonra Ağdam Qarabağın ən böyük şəhəri olacaq. Keçmişlə gələcəyin, qədimliklə müasirliyin birləşəcəyi Ağdam həm də Azərbaycanın ən böyük yaşayış məskəninə çevrilir. Bugün böyük quruculuq meydanına çevrilən Qarabağ Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bölgədə reallaşdırdığı bütün layihələr heç bir beynəlxalq təşkilatdan və dövlətdən maddi yardım almadan yalnız öz iqtisadi imkanlarımız hesabına həyata keçirir.

5 il sonra öz yüz illiyini qeyd edəcək Ağdam, yalnız Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyət və tarix baxımından mühüm bir şəhəri olub və ilk şəhər tipli yaşayış məskənlərindən olaraq gün-gündən gözəlləşir və əzəli sakinlərinə qovuşur.

Afaq Sadıqova

Bakı Dövlət Universitetinin elmi işçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri