Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Ruhlara toxunan insan: 21 avqust Rəşad Məcidin doğum günüdür!

Ruhlara toxunan insan: 21 avqust Rəşad Məcidin doğum günüdür!

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Həyatın dərinliklərində, görünməyən qatlarda bir həqiqət gizlənir - böyüklük təkcə səslə, alqışla, titullarla ölçülmür. Əsl böyüklük, bəzən kənarda qalan, zəif görünən, amma ürəkdən gələn sadə bir jestdə, sükutla verilən dəstəkdə gizlənir. İnsanlar böyük səhnələrdə parlayarkən, həqiqi böyüklər isə gözlərdən uzaqda, bəzən kiminsə əlindən tutub ona inandığını hiss etdirdikdə meydana çıxır.

Bir insanı əsl böyüklüyə aparan yol - yalnız sözlərin və ya uğurların siyahısı deyil, toxunduğu ruhların, açdığı qapıların, yandırdığı işıqların hesabatıdır. Və bu işıqlardan ən parlaq olanı, gənclərin həyatına düşən işıqdır - onları qarışıqlıqdan çıxarıb ümidə, inama və özlərinə inam hissinə aparan o işıq. Çünki illər sonra sənə verilən titulları, tutduğun vəzifələri xatırlamaya bilərlər. Amma bir gəncin "O, mənə inandı və dəstək oldu” deyə xatırladığı insan olmaq - bu, ömür boyu silinməyən, ruhda dərin iz buraxan ən əziz mirasdır. Çox vaxt biz uğuru səslə, təriflə, prestijlə ölçürük. Amma ən dəyərli böyüklük - səmimi, səssiz, gizli qalan, bir gəncin əlindən tutan, ona inanan insanın böyüklüyüdür. Bu böyüklük, dünyanın ən qürurverici titullarından belə daha dəyərlidir.

Uşaq yaşlarımdan yazmaq mənim üçün sadəcə bir məşğuliyyət deyil, nəfəs almaq kimidir. Sevincimi, kədərimi və bütün hisslərimi sözlərə, cümlələrə tökməyə çalışmışam və indi söz mənim həyatımın təməlidir. Hər hekayəmdə, məqaləmdə özümdən bir parça, hər şeirimdə ruhumun izləri gizlidir. İllərlə yazdım, müsabiqələrdə iştirak etdim – dəfələrlə qalib gəldim. Amma səsimi məhdud çərçivədə çatdıra bilirdim. Çəkdiyim əziyyətlərin, sərf etdiyim zəhmətin qarşılığını almaq isə ən gözəl hissdir. Buna görə  ömrüm boyu dəyərli Rəşad Məcidə minnətdaram. Həqiqi uğur yalnız mükafatlarda deyil, toxunduğun insanların qəlbində qalan izdədir.

Rəşad Məcid ədəbiyyatın və mətbuatın ön sıralarında təsadüfən deyil, məsuliyyətlə dayanır. Onun sözü, mövqeyi, insanlara yanaşması - hamısı bir yolun, bir əqidənin nəticəsidir. Rəşad Məcid sözün, inamın, dəstəyin gücünü çox yaxşı bilir.

Seçilmiş insanlar var ki, onların bir baxışı, bir sözü, bir dəstəyi insanın həyatında dönüş nöqtəsi olur, Rəşad Məcid məhz, o insanlardandır. Onlar bilirlər ki, bir gəncə verilən kiçik dəstək illər sonra böyük bir işığa çevrilə bilər. Bu işıq, təkcə o gəncin deyil, gələcək nəsillərin də yolunu işıqlandırır.

21 avqust - Rəşad Məcidin doğum günüdür. Bu gün onun illərlə topladığı uğurların, yaratdığı əsərlərin, yetişdirdiyi gənclərin tarixə düşdüyü gündür. Amma hər doğum günü həm də səssiz bir hesabatdır: kimlərin yoluna işıq saldım, kimlərin səsinə biganə qaldım? Həyatımızda bu sualın cavabı çox vaxt vicdanımızın səssiz sədasında gizlidir. 

Bəzən insan həyatında ən böyük dəyişiklik onun haqqına düşən dəyəri vaxtında görməsidir. O dəyər verilməyəndə, o an itəndə geridə yalnız "kaş ki”lər qalır.Vicdan isə heç vaxt bu "kaş ki”ləri unutmur.

Həyat sürətlə axır, məsuliyyətlər çoxdur. Hər kəs yaza bilər, amma hər kəs ruhlarda iz buraxa bilməz. Siz yalnız ədəbiyyatın dəyərli bir xidmətçisi deyilsiniz, həm də mənim kimi gənclərin həyatında unudulmaz səhifə yazan böyük  insansınız.

Doğum gününüz mübarək, əziz Rəşad Məcid. Bu gün təkcə sizin deyil, toxunduğunuz  bütün həyatların bayramıdır. Qələminiz təkcə söz yaratmır, ruhlara toxunur. Siz bizə öyrədirsiniz ki, insanın ən böyük zənginliyi yaratdığı dəyər, qəlblərdə qoyduğu izdir. Bu gün sizi təbrik edərkən biz təkcə bir yazarı deyil, milli yaddaşımızın canlı parçasını, mənəvi dayağımızı, ədəbiyyatımızın nəfəsini təbrik edirik. Sözünüz daim işıq saçsın, Rəşad Məcid!

Məryəm Bağırova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:2165
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 20 Avqust 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see338

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see320

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see315

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see298

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see294

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see291

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see282

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see274

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see263

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see258

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see247

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see245

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see241

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see237

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see230

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see221

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see219

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see216

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see215

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri