Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Ruhları rahatlığa qovuşan qaradağlı, xocalı, ağdabanlılarım...

Ruhları rahatlığa qovuşan qaradağlı, xocalı, ağdabanlılarım...

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan tarixinin faciəli səhifələrini vərəqləyərkən ermənilərin xalqımızın başına gətirdikləri ən amansız müsibətləri, ağlasığmaz dəhşətləri, tükürpədici qəddarlıqları görmüş oluruq. Yer üzünün Əhriməni olan ermənilər min bir ideoloji fitnə və fəndlərlə bəşəriyyəti xaos çəmbərinə salan şeytani  əməllərlə, mənfur diplomatik oyunlarla öz "qara" işlərini həyata keçirmişlər. İnsan qanını içən, insanlığa ləkə olan bu barbar toplumun hər zaman məqsədi və amalı ağı qaraya çevirmək olub. Bunlar öz yalanların, barbarlığın, terror əməllərini – bir sözlə bütün "qara" işlərini təlimat aldıqları kilsələrdə qara kisələrə doldurmuş, necə deyərlər Tanrını da aldada bilmişlər.

Kilsə bu topluma Tanrıya ibadət etmək deyil, şeytana itaət üçün bir siyasi sığınacaq olmuşdur. Bilirik ki, Van ətrafı və ona yaxın olan ərazilərə orta əsrlərdən köç etmiş ermənilərin dövləti olmamışdır. 

Professor, tarixçi-alim Yaqub Mahmudov öz araşdırmasında qeyd edir ki, ermənilər hələ o vaxt Qaraqoyunlu dövlətinin zamanında Üçmüədzində kilsə tikməyə icazə almışlar. Bununlada onlar kilsə tikməklə bərabər, həm də başımıza qara kisə də tikmiş oldular.

Erməni etnosunun uşaqdan-böyüyə qədər hər birinin beyninə yeridilən zəhərli "Qara dənizdən Xəzərə qədər "Böyük Ermənistan" dövlətinin olması" fikirləri azmış kimi, hələ üstəlik də analar hər doğulan erməni körpəsinin qulağına: "Türk sənin düşmənindir" – sözlərini pıçıldayırlar. Beyinləri yalanla yuyulan və zəhərli sözlərlə doldurulan ermənilər münbit şərait yarandıqca türk torpaqlarına göz dikmiş, öz bədxah niyyətlərini həyata keçirmək üçün hər cür iyrənc əməllərə əl atmışlar.

Mənfur toplumun şər ideologiyası ən dağıdıcı silaha çevrilərək bütün bəşəriyyətə və ən əsas da türk insanına tuşlanmışdır. Onların dırnaqarası faşist qəhrəmanı Qaregin Yegişeviç Ter-Arutyunyan (Qaregen Njde) təliminin ilk cümləsi belədir: "Sonuncu türk kar, kor, lal olsa da, öldürülməlidir." Bu şər ideologiya ilə yeni nəsillər yetişdirən, daima regional və beynəlxalq təhlükəsizlik üçün təhlükə yaradan ermənilər qədim torpaqlarımıza ayaq basdıqları ilk günlərdən şər əməlləri ilə məşğul olmuşlar. Beləliklə, cənubi Qafqazın fəlakətli tarixi ermənilərin bu regiona tam köçürülməsi ilə başlamışdır. İki yüz ilə yaxın bir zaman ərzində erməni şovinistləri xalqımız üzərində davamlı olaraq etnik təmizləmə, soyqırım siyasəti həyata keçirmişlər.

Hələ 1948-1953-cü illərdə Azərbaycanın qərbindən 150 min soydaşımız deportasiya olundu və Kür-Araz düzənliyində yerləşdirildi. Bununla belə 1988-ci ildə iki yüz əlli min azərbaycanlı öz dədə-baba torpaqlarından qovuldu, didərgin düşənlərin başlarına müsibətlər gətirildi. Bu, həm də 1988-ci il Xocalı faciəsinə gedən yolun başlanğıcı idi. Hələ o zaman 1905-ci ildə ictimai-siyasi xadim, böyük maarifçi Ömər Faiq Nemanzadənin "İrşad" qəzetindəki məqaləsinə nəzər salaq: "Ermənilər öz planlarını həyata keçirmək üçün bizi İrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalışacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa əl ata bilərlər. Onlar qəsdən müsəlmanları öz üzərlərinə qaldıracaq, onların hücumuna və özlərinin bir qədər artıq itkisinə şərait yaradacaq və beləliklə bütün Avropanın diqqətini əzabkeş bir xalq olmalarına cəlb edəcəklər.

Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onları həyata keçirməyə yollar axtarırlar”. Əlbəttə, deyilən kimi də oldu. Hətta deyiləndən də amansız, daha qəddar şəkildə erməni vəhşiliyi, amansızlığı özünü göstərdi.

Tarixin 1905, 1906, 1917 və 1918-ci illərində dörd dəfə erməni vandalizminə məruz qalmış, talan edilib yandırılmış Xocalını isə qarşıda daha müsibətli günlər gözləyirdi. Xocalı faciəsindən qabaq isə xüsusi amansızlıqla Qarabağın Həsənabad, Qərvənd, Tuğ, Xocavənd, Qaradağlı, Nəbilər, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular və bir çox kəndlərinin əhalisi qətlə yetirildi. Xocalı soyqırımından bir neçə gün əvvəl isə Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlıya amansız divan tutuldu.

1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı soyqırımı isə nəinki Azərbaycan xalqının milli faciəsi, həm də bəşər tarixinin qanlı səhifələrindən sayılır. Bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olan  Xocalı soyqırımı əsrin Xirosima, Naqasaki, Sonqmi, Holokost, Lidiçe, Ruanda və Serebrenitsa kimi dəhşətli faciələrlə bir sırada dayanır. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edildi. Həmçinin 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirildi. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşdü. Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrildi. Şəhərin tarixi məhv edilməklə bərabər, həm də tarix səhnəsindən birdəfəlik silinməklə üz-üzə qaldı.

Dəhşətli faciədən çox keçməmiş Kəlbəcər rayonunun Ağdaban kəndində həyata keçirilmiş kütləvi qırğın aktında 67 nəfər dinc sakin qətlə yetirildi, onlarla şəxs girov götürüldü, itkin düşdü və kənd tamamilə yandırıldı. Bu azmış kimi avqustun 28-də Goranboy rayonunun eyniadlı kəndində Ballıqaya qətliamı törədilərək 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirildi.

Dahi rəhbər Heydər Əliyev Xocalı soyqırımı və ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün bütün gücünü səfərbər etdi. Şəhər və rayonların müdafiəsiz buraxılmasına, baş verən ağır cinayətlərə səssiz qalmasına görə o zamanki rəhbərliyə kəskin etirazını bildirdi. Ulu öndər bu dəhşətli faciəni bəşəriyyət tarixində ən amansız soyqırım kimi dəyərləndirərək deyirdi: "Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır — vəhşiliyin görünməmiş bir təzahürüdür”. Həqiqətən də bu qanlı hadisə zamanı mərd əliyalın Xocalı sakinləri terrorçularla mübarizə apardı, mühasirədə qalmalarına, amansız işgəncələrə baxmayaraq ölümün gözünə dik baxmağı bacardılar.

1993-cü ildə xalqın sevgisi, təkidilə hakimiyyətə gələn Heydər Əliyev daxili sabitliyin təmin olunması ilə birlikdə, həm də 1994-cü ildə atəşkəsə nail oldu. Elə həmin ilin 1 martında Ümummilli lider Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzaladı. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral "Xocalı soyqırımı Günü" elan olundu. Bu barədə beynəlxalq təşkilatlara məlumat verildi. 1997-ci ilin 25 fevralında Heydər Əliyev "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" iki xüsusi Fərman imzaladı.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən möhtəşəm və məqsədyönlü işlər isə göz önündədir və hələ də davam edir. Bütün bu gedişatın nəticəsi olaraq ötən ilin 27 sentyabrından başlayan Vətən müharibəsinin qalibiyyətini yaşadıq. Gücünü xalqdan və yenilməz ordudan alan Cənab Ali Baş Komandanımız İlham Əliyevin sonsuz qətiyyəti, yüksək hərbi və siyasi bacarığı sayəsində illərdir düşmən tapdağında qalan torpaqlarımız işğaldan azad oldu.

Ümummilli lider Heydər Əliyev fəaliyyətinin əsas hissəsini işğal altında olan torpaqların azad olunmasına həsr etdi. Cənab Prezidentimiz İlham Əliyev isə Ata vəsiyyətini yerinə yetirərək həm dahi rəhbərin ruhunu şad etdi, həm də xalqın intiqamını düşməndən artıqlaması ilə almış oldu. 44 günlük Vətən müharibəsində vaxtilə xalqımızın başına gətirilən müsibətlərin səbəbkarları öz layiqli cəzalarını aldılar.

Qarabağın Azərbaycana məxsus olması de-fakto və de-yure olaraq öz təsdiqini tapmaqla yanaşı, illərdən bəri davam edən ağrı-acımıza da məlhəm olmuş oldu. 44 günlük Vətən savaşında isə rəhbər, ordu, xalq birliyi və haqqa mənəvi dayaq olan dost ölkələrlə birlikdə erməni faşizmi üzərində qələbə qazanmağımız bəşəriyyəti də böyük bəlalardan qurtarmış oldu. İndi Xocalı faciəsinin günahsız qurbanları timsalında Vətən uğrunda canını fəda edən soydaşlarımızın, şəhidlərimizin də əbədi rahatlığa qovuşan müqəddəs ruhları şaddır.     

Əsgər İsmayılov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 26 Fevral 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see411

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see383

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see341

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see317

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see314

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see287

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see276

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see269

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see255

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see241

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see229

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see228

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see227

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see226

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see198

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see141

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri