Icma.az
close
up
RU
Menu

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Rüstəmə dedim ki, sən şair deyilsən…

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Basarkeçər nahiyəsi kəndlərinin İrfani Ruhları...

Basarkeçər nahiyəsi kəndlərinin İrfani Ruhları...

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qərbi Azərbaycanın sakral coğrafiyası” silsiləsindən

Dini-Sakral ocaqların, Mistik-Fəlsəfi dünyagörüşünün təşəkkül tapdığı, İbadət-Haqq Dünyası/Zikr-Sufiliyə çağırış məkanlarının yayıldığı və El ziyarətgahlarına, dini təqvaların müqəddəsləşdiyi, torpağı-daşı, suyu-havası, ağacı-kolu... tutiya sayıldığı... məskənlərdən olan Basarkeçər və Şərqi Göyçə dağlıq silsilələrinin arasındakı yamaclarında, meşə qoynunda ocaq quran Basarkeçər nahiyəsinin Qayabaşı, eləcə də, qonşuluqdakı kəndlərin (Qaraqoyunlu, Qoşabulaq, Dərəkənd, Göysu, Şişqaya, İnəkdağ...) İlahi-Haqq keçmişi, tarixi-coğrafi səhifələrindəkiu  milli-sakral dəyərləri xeyli dərəcədə zəngindir. Gavur ləpipləri düşməyənə kimi Göy Üzü kimi Dürr olub, Duru olub...

Xatırlanan, milli-yaddaş özülü ilə yad edilən həmin ərazilər adı qədər müqəddəs olan yerlərin, minilliklərlə tarixi olan coğrafi məkanların qoynunda qərar tutmuşlar. Şorcalı/Keyti dağının (3399 m), Ziyarət silsiləsi/Ziyarət təpəsini   Mistik-İrfani yurdları, Satanaxaç-Hinaldağ qurşağının İlahi-Haqq ruhundan, İman qoxulu havasından doğan İnam/İman hissi, Daşkənd kəndində Seyid Bayram Seyid Süleyman oğlu (1864-1934) ocağı, Qoşabulaq kəndində Pir dağı, Qayabaşı kəndində yaşı əski dövrlərdən gələn qədim Alban məbədi, Qaraqoyunlu tərkəmə elatının Çalmalı dağının Qatar yurdunda səslənən İlahi-Sufi Duaları, Zərgərli/Sarı Yaqub kəndində Seyid Hüseyn Məhəmməd oğlu/Şeyx Miskin Abdal (1430-1535) ocağının “Səfəvviyyə” təriqəti, Ağkilsə kəndində Dədə Ələskərin (1821-1926) İrfan ruhuna bələnmiş Məqam-məzarı...minilliklərlə oturuşmuş qədim nahiyənin dini-sakral, milli-mənəvi zənginliyinə işıq saçan tarixi abidələrdir, fəlsəfi-dini dünyadərki irsidir.

   XIV əsrdə Qaraqoyunlu dövlətinin hakimi Sultan Yaqubun fərmanı ilə  Basarkeçər nahiyəsində “Qızıl-Məbəd”/”Qəzəl-Vəng” tikilmiş və dini-fəlsəfi təlimlər tədris edilmişdir.

  Ümumiyyətlə, İlahidən doğan müqəddəsliyə adı kimi tapınan Göyçə gölü (“İlahi Haqqa yaxın olan yer” mənasında) hövzəsindəki Basarkeçər nahiyəsi və onun bütün Türk-Müsəlman kökənli kəndləri/yurdları “Qərbi Azərbaycan sakral coğrafiyası”nın səhifələri/məzmunu ən zəngin Haqq/İrfan ocaqlarının ruhani Udumu ilə yazılıb, şifahi və yazılı Təqvaları ilə naxışlanıb...hər bir yaşayış yatağında...

  Böyük və Kiçik çayların yatağına bitişik dağın üstündə yerləşən, çılpaq qayalarla əhatələnən Qayabaşı kəndinin havası da Dua-İman ruhu ilə yoğrulub, suyunun Haqq-Halal bərəkəti hopub torpağına-ocağına. Şərqi Göyçə dağlarının Sarıyer yaylaqlarından axan bulaq suları Sarı Yaqub kəndinin İrfani-Ruhani ruhuna qarışıb, müqəddəsləşib, qüdsləşib...və Böyük-Kiçik çaylar adlanır....sonra Göyçə gölünə (Qayabaşı kəndi göldən 10 km cənub-şərqə yerləşir) tökülür. Qayabaşı kəndində əski qəbirstanlıqda qoç, at, dəvə, buğa...görünüşlü qəbirüsta naxışlı abidələr, naxışlı-yazılı sənduqələr və Alban məbədi (2 tağlı, kəndin mərkəzi hissəsində idi) dini-sakral tarixinin maddi irsi kimi qorunub saxlanılırdı. 1980-ci illərdə Basarkeçər nahiyəsinin hay mənşəli rəhbərləri bu irsi təmir adı ilə hasara aldı və hay kilsəsinin “izini” divarlara hörə bildilər, bəzi nümunələri isə qarət edib apardılar. Bu kəndin irfan-iman sahibi  Kərbəlayı Əfsər Hümbət oğlu (1876-1971) 1930-cu illərdə milli mənsubiyyətinə və dini baxışlarına  görə həbs edilərək Kəvər şəhər həbsxanasında saxlanılıb, sonra Kəlbəcərə gətirilib. Müqəddəs möhürü və təsbehi həbsxanada divarda gizli bir yerdə qoruyub saxlayıb, növbəti dəfə onu başqa yerə aparıblar...qızına xəbər göndərib ki, çörək tabağının üstündə möhürü və təsbehi qalıb...götürüb saxlasın...

  Qayabaşı və Daşkənd kəndləri arasındakı (məsafə 5 km-dir) Sandıqlı qayanın altında mağara uzanır, qaya divarlarında naxışlı yazılar, qayaüstü işarələr həkk  edilmişdir. Əski dini mərasimlərin burada keçirildiyi güman olunur. Şorcalı/Keyti dağında Qayabaşı kəndinin tərəkəmə elatının binələrindənbiri əski Zağalı kəndində olub (indi bu kəndin yurd yerləri qalıb), burada e.ə. əsrlərə aid mixi yazıları ilə xristianlığa qədərki Ruhani-İbadət təlimlərinin təsviri verilib kəndin adı Ərgəni kimi çəkilib, Alban tarixçisi Musa Kələngərlinin “Alban tarixi” əsərində (III kitab, 87-ci fəsil) bu məlumata yer verilib.adı. Oğuz/Türk eposu olan “Kitabi-Dədə-Qorqud” cəngində də Ərgəni yurdu igid ərgən Oğuzların, dini dünyagörüşü nəsihət olan Dədələrin halal ocağı kimi tərnnüm edilib.

  Göyçə gölünün cənub-şərq hissəsində nahiyə mərkəzindən 15 km şimal-qərbdə qədim yaşayış məskənlərin dən biri də Şişqaya kəndidir, özündə Alban və Türk-İslam mədəniyyətinin vəhdətini yaşadır. Doğma “Kitabi-Dədə Qorqud” dastanı ruhuna bələnmiş, İlahi Haqqa tapınan dini-ruhani hisslərin daşa döndüyü Qocadağ və Qaradağ arasında, 2059 m yüksəklikdə qərar tiutmuş bu  kəndin cənubunda əski Alban-Türk qəbirsanlığı (X-XII əsrə aid), Şərq memarlığının miniatür nəqqaşlığının daş naxışlarından ibarət sənduqələr, quzey hissədə xırda, qırmızı daşlardan ibarət dini abidə-təpələr  sakral dəyərlər daşıyıcıları idi.

  Qonşu kəndlərdən (Nərimanlı, Göysu/Çaykənd, Kəsəmən, Bala Məzrə, Böyük Qaraqoyunlu, /Əzizli...) bu yerlərə ziyarətə gələnlərin sayı çox idi.

  Qərbi Azərbaycanını dini-sakral, milli-mənəvi, fəlsəfi-ruhani...dünyagörüşünün irsinə yüzillərdir qəsd edən dinsiz, şeytani xislətli hay kilsəsi təkcə maddi zənginliyi məhv və ya qarət etməmişdir, həm də canlı dini-ruhsal ensklopediya mücəmməsi olan Xadimlərimizi də qətliam etmiş, sakral toponimlərimizi yaşadan kəndlərimizi yer üzündən silmişlər. Bu coğrafi ərazilərmizdə çoxsaylı sakral ocaqlarımız din xadimlərin adı ilə yaranmış, onunların ismi ilə məşhur olmuş, nəsildən-nəsilə milli xəzinə kimi ötürülmüşdür. Daşkənd kəndində Seyid Bayram  Ağa ocağı, Sarı Yaqub kəndində Miskin Abdal ziyarətgahı, Qayabaşı kəndində Kərbəlayı Əfsər... irsi, mənəvi özəlliyi bu baxımdan qiymətli nümunə olmuşdur.

  XIX əsrin sonlarında Basarkeçər nahiyəsinin bir sıra dini-sakral mənşəli toponimləri-Ağatəpə kəndi, 1930-cu illərdə Seyidlər kəndi... yox edilib, Böyük Məzrə kəndində Hacı Qurban dərəsi...yerquruluşu-topoqrafik xəritələrdə təhrif edilib.

  Göyçə gölü və Şərqi Göyçə dağlıq silsiləsinin, Basarkeçər və Çəmbərək nahiyələri...boyunca yayılan yüzlərcə Türk-Müsəlman kökənli oba-yurd ocaqlarının müqəddəsliyi Sufiliyin təriqət işığından nurlandığı kimi, həm də “Kitabi-Dədə Qorqud” mayası ilə yoğrulmuşdur, axı, ünlü Türk dünyasının bu lirik-irfani Boyların Mistik-Ruh oylağının bir çox İnanclarıadı çəkilən hövzədə “ruha-qana” gəlib....

  Qədim Alban dini-fəlsəfi ocaqlarından, sakral mənəvi-mədəniyyət abidələrindən biri də nahiyənin (Basarkeçər dağlıq silsiləsinin şərq hissəsində) Göyçə gölünə tökülən Alagöz çayı sahilində yerləşən Qızılvəng/Qızılkilsə kəndindəki IX əsrə aid məbəd olmuşdur.Qırmızı tuf daşlardan tikildiyi üçün belə adlanmışdır, məşhur Türk-Sufi ozanı Şeyx Alı Mirzə oğlunun (1801-1911, Ağklisə kəndindən filosof-aşıq Ələsgər Alməmməd oğlunun 1821-1926) ustadı) doğma kəndi olub, qəbri müqəddəs hesab olunsa da, dinsiz hay kilsəsi tərəfindən qəbirüstü abidəsi ilə birlikdə dağıdılmışdır.

  R.S.19 aprel 1991-ci il tarixdə hay kilsəsi Şişqaya kəndinin adını dəyişərək-“Qukariç”, sonra isə-“Geqamasar”, 1995-ci ildən Göysu kəndini-“Azavan”, Kəsəmən kəndini 25.01.1978-ci ildən-“Bahar”, 19.04.1991-ci il tarixdən isə -“Arpunk”, Əzizli kəndini-“Norabak”, İnəkdağ kəndini-“Tretuk”, 04 iyul 2006-ci ildən Ağyoxuş kəndini-“Zariver”, Qızılvəng kəndi 27.04.1946-cı ildə “Çiçəkli”, 1978-ci ildən “Makenis”...adlandırıb.

 (Yazının hazırlanmasında həm də Abşeron rayonu, Çaylı kəndində yaşayan Qayabaşı kənd sakinlərindən Həsən İsmayıl oğlu Əliyevin (1945) və Şahsuvar İsmayıl oğlu Nağıyevin (1953) məlumatlarından istifadə olunmuşdur).

Qismət YUNUSOĞLU

Bakı Dövlət Universitetinin müəllimi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 İyun 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see279

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see272

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see253

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see252

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see248

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see246

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see242

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see242

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see235

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see232

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see231

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see230

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see209

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see209

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see207

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see193

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see189

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see185

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see181

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri