Icma.az
close
up
RU
Rumıniya mediası: Vaşinqtondakı tarixi sülh sazişi Cənubi Qafqazda yeni dövrün başlanğıcıdır

Rumıniya mediası: Vaşinqtondakı tarixi sülh sazişi Cənubi Qafqazda yeni dövrün başlanğıcıdır

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rumıniyanın aparıcı media orqanları Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan tarixi sülh sazişini geniş işıqlandırıb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Stiripesurse" xəbər portalı Prezident İlham Əliyevin imza mərasimində Donald Trampın bölgədə sülhün bərpasındakı rolunu yüksək qiymətləndirərək onu Nobel Sülh Mükafatına namizəd göstərməyi təklif etdiyini yazıb. Ermənistan tərəfinin də bu təşəbbüsə qoşulduğu qeyd olunub.

"Bursa" nəşri yazır ki, Ağ Evdə imzalanan saziş 35 ildən artıq davam edən münaqişəyə son qoyub və regionda yeni əməkdaşlıq imkanları yaradıb.

"G4Media" imza mərasimindən videomaterial təqdim edərək, Trampın vasitəçiliyi ilə keçirilən görüşün rəsmi atmosferini və liderlərin səmimi münasibətlərini nümayiş etdirib.

"Antena3" xəbər portalı bu hadisəni "möcüzə" adlandıraraq, sülh sazişinin imzalanmasının yalnız siyasi deyil, həm də tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

"News.ro" nəşri bildirir ki, həm Azərbaycan, həm də Ermənistan liderləri Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi üçün birgə müraciət edəcəklər.

"Evz.ro" qəzeti isə vurğulayıb ki, Nobel təşəbbüsü liderlərin Vaşinqton görüşünün simvolik mahiyyətini gücləndirir və Trampın diplomatik səylərinin beynəlxalq səviyyədə tanınmasına xidmət edir.

Rumıniya mediası qeyd edir ki, Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addımdır, Nobel təşəbbüsü isə bu tarixi razılaşmanın rəmzi göstəricisinə çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Avqust 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see472

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see201

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see196

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see187

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see148

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see145

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see141

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see140

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see139

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see137

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see132

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see132

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see130

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see127

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see127

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see127

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see126

Aygün Kazımovadan Zəfər Gününə özəl mahnı Mərd adam

08 Noyabr 2025 23:14see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri