Rumıniya xəbər agentliyi Azərbaycanın artan beynəlxalq nüfuzu barədə analitik yazı dərc edib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Buxarest, 30 aprel, AZƏRTAC
Rumıniyanın “Karadeniz Press” xəbər agentliyi Azərbaycanın artan nüfuzu barədə analitik yazı dərc edib.
AZƏRTAC xəbər verir ki, agentliyin siyasi analitiki Damian Dmitrinin müəllifi olduğu “Cənubi Qafqaz: Geosiyasi maraqların yenidən qurulması və yeni regional dinamika” sərlövhəli məqalədə ölkəmizin Azərbaycan Cənubi Qafqazın geosiyasi gələcəyini formalaşdırdığı qeyd olunub. Bildirilib ki, Azərbaycan yeni enerji dəhlizlərinin, nəqliyyat marşrutlarının birləşdiyi sabit məkandır.
Diqqətə çatdırılıb ki, Cənubi Qafqaz bölgəsində son illərdə baş verən köklü dəyişikliklər Azərbaycanın regional güc kimi rolunu daha da möhkəmləndirib. 2023-cü ildə Qarabağda qazanılan qəti qələbə, Türkiyə ilə strateji müttəfiqliyin dərinləşdirilməsi və Avropa İttifaqı ilə enerji əməkdaşlığının genişləndirilməsi Bakını regionun əsas geosiyasi oyunçusuna çevirib. Azərbaycan son illərdə təbii resurslarından və coğrafi mövqeyindən uğurla istifadə edərək Cənubi Qafqazın gələcəyində həlledici rol oynayır. Qeyd olunub ki, Azərbaycanın uğurları regionun digər ölkələrinə də təsirini göstərir. Azərbaycanın artan çəkisi Cənubi Qafqazda yeni reallıq yaradır. Zəngəzur dəhlizinin açılması və enerji ixracının artırılması ilə Bakı nəinki regional iqtisadiyyatın mərkəzinə çevriləcək, həm də beynəlxalq arenada önəmli diplomatik oyunçu kimi mövqeyini daha da gücləndirəcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 30 Aprel 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















