Icma.az
close
up
RU
“Agenda Nexus” nəşri Azərbaycanın regionda artan nüfuzu haqqında analitik material dərc edib

“Agenda Nexus” nəşri Azərbaycanın regionda artan nüfuzu haqqında analitik material dərc edib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Stokholm, 8 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçin “Agenda Nexus” analitik platforması Azərbaycanın Cənubi Qafqazda əsas dövlət kimi mövqelərinin möhkəmlənməsi mövzusunda məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan regional gücünü artırır” sərlövhəli məqalədə ölkəmizin 2020-ci ildən indiyədək əldə etdiyi strateji, iqtisadi və hərbi uğurlar ətraflı nəzərdən keçirilir.

Müəlliflər qeyd edirlər ki, Azərbaycan Ermənistanla müharibədə qalib gəldikdən sonra Silahlı Qüvvələrini əhəmiyyətli dərəcədə gücləndirib, sənayesini müasirləşdirib, beynəlxalq əməkdaşlığı inkişaf etdirərək regional siyasətdə sabit və nüfuzlu aktora çevrilib. Türkiyə, İsrail, İtaliya, Böyük Britaniya və Qərb tərəfdaşları ilə strateji ittifaqlara xüsusi diqqət yetirilir ki, bu da ölkənin müdafiə qabiliyyətini gücləndirməyə və texnoloji müstəqillik səviyyəsini yüksəltməyə imkan verib.

Məqalədə vurğulanır ki, Azərbaycan energetika, sənaye və texnoloji sektorların inkişafına fəal sərmayələr yatırır, zirehli texnika, artilleriya və müasir hava hücumundan müdafiə sistemlərinin yerli istehsalını yaradaraq Silahlı Qüvvələrini modernləşdirir. Analitiklərin fikrincə, bu yanaşma Azərbaycana yüksək səviyyədə muxtariyyət verir və onu regional sabitliyin həlledici amilinə çevirir.

Müəlliflər onu da qeyd edirlər ki, Ermənistandakı siyasi qeyri-sabitlik və regionda Rusiyanın təsirinin artması fonunda Azərbaycan nəinki öz maraqlarını müdafiə etmək, həm də Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə vermək iqtidarında olan sabit, müstəqil və Qərbyönümlü aktor kimi formalaşır.

Nəşrin baş redaktoru Oden Aqapur məqaləyə daxil edilmiş şərhində qeyd edir ki, Azərbaycanın təcrübəsi kiçik və orta Avropa ölkələri, o cümlədən İsveç üçün nümunə ola bilər. Bu təcrübə göstərir ki, diplomatik ittifaqlar, hərbi modernləşdirmə, iqtisadiyyat və texnologiyaya uzunmüddətli investisiyaların vəhdəti dövlətə beynəlxalq siyasətdə öz mövqeyini və təsirini əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri