Rumıniyada hökumətin sərt iqtisadi tədbirlərinə qarşı etirazlar başlayıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 23 iyun, AZƏRTAC
Rumıniyanın 40 şəhərində hökumətin sərt iqtisadi siyasətinə qarşı etiraz aksiyaları keçirilib.
AZƏRTAC xəbər verir ki, paytaxtda keçirilən aksiyada müxalif siyasi qüvvə olan rumınların birləşməsi uğrunda Alyansın lideri Corce Simion da iştirak edib.
Nümayişçilər parlamentdən hökumət binasının yaxınlığında yerləşən “Viktoriya” meydanına doğru mütəşəkkil yürüş keçirib. Aksiya iştirakçıları “Rumınların yoxsullaşmasına son”, “Azadlıq. Vergilərin artırılmasını istəmirik. Müharibə istəmirik” şüarları səsləndirilib, həmçinin Prezident Nikuşor Danı vətənə xəyanətdə ittiham ediblər.
“Rumıniyanın 40 şəhərində etiraz aksiyaları keçirilib. Bu, hələ başlanğıcdır”, - deyə Corce Simion özünün sosial media hesabında yazıb.
“Libertatea” qəzetinin mənbələrinə istinadla yaydığı məlumata əsasən, Rumıniya Prezidenti Nikuşor Dan və Baş nazir İlie Bolojan əlavə dəyər vergisinin artırılması ilə bağlı razılığa gəliblər. Halbuki seçki kampaniyası zamanı prezident bunu etməyəcəyinə dair vəd vermişdi. ƏDV-nin artırılmasını da ehtiva edən iqtisadi islahatlar Avropa İttifaqında ümumi daxili məhsulun 9,3 faizini təşkil edən ən böyük büdcə kəsirinin aradan qaldırılmasına yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 23 İyun 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















