Rumıniyada minlərlə tələbə qənaət tədbirlərinə qarşı kütləvi etirazlara çıxıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Buxarest, 29 sentyabr, AZƏRTAC
Rumıniyada minlərlə tələbə hökumətin təhsil sahəsində qəbul etdiyi sərt qənaət tədbirlərinə qarşı kütləvi aksiyalara başlayıb.
AZƏRTAC xəbər verir ki, əsas etiraz Buxarestdə Nazirlər Kabinetinin binası qarşısında keçirilir. Bununla yanaşı Kluj-Napoka, İaşi, Qalats, Suçeava, Alba-Yuliya, Sibiu, Baya-Mare və Timişoara şəhərlərində də tələbələr küçələrə çıxaraq hökumətin qərarına etiraz bildiriblər. Aksiya iştirakçıları “Təqaüd – hüquqdur, imtiyaz yox!”, “Qənaəti korrupsiyadan edin, təhsildən yox!”, “Geri çəkilməyəcəyik!” kimi şüarlar səsləndiriblər. Etirazları təşkil edən Rumıniya Tələbə Təşkilatlarının Milli Alyansının (ANOSR) bəyanatında vurğulanır ki, hökumətin tədbirləri büdcəyə cüzi qənaət gətirsə də, tələbələrin əsas ehtiyaclarına ağır zərbə vurur və onları ali təhsildən imtina etməyə məcbur edir. Etirazçılar tələbə təqaüdlərinin azaldılmasına və dəmir yolu biletlərində güzəştlərin ləğvinə qarşı çıxırlar.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 29 Sentyabr 2025 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















