Rumıniyada sabiq prezidentliyə namizəd həbs olundu
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rumıniyanın Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsi (DIICOT) ölkə prezidentliyinə sabiq namizəd Kelin Corceskunu dələduzluq və mütəşəkkil cinayətkar dəstənin təşkilində şübhəli bilinərək həbs edib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi mətbuat açıqlamasında bildirilib.
"Buxarest şəhərində, eləcə də Moqoşoaya, Çolpan və Buftya yaşayış məntəqələrində beş axtarış həyata keçirib. Əməliyyat mütəşəkkil cinayətkar qruplaşmanın yaradılması və dələduzluqla bağlı cinayət işi çərçivəsində baş tutub", - deyə məlumatda bildirilir.
Vurğulanır ki, tutulanlardan biri də Corceskudur və o, avtomobildə hərəkətdə olarkən saxlanılıb.
Bu mövzuda digər xəbərlər:Rumıniyada prezidentliyə namizəd saxlanılıb
26 Fevral 2025 15:58
“Ukraynanın bölünməsi qaçılmazdır” Rumıniyada prezidentliyə namizəd Zakarpatyeni istəyir
30 Yanvar 2025 14:16
Rumıniyada ifrat sağçı prezidentliyə namizəd yenidən səsvermədə iştirak etməyəcək
10 Mart 2025 11:46
Rumıniyada prezidentliyə namizədlər arasında mübarizə güclənir
24 Noyabr 2024 21:55
Rumıniyada onun prezidentliyə namizədliyi ləğv edildi
10 Mart 2025 00:28
Baxış sayı:72
Bu xəbər 21 Sentyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















