“Ukraynanın bölünməsi qaçılmazdır” Rumıniyada prezidentliyə namizəd Zakarpatyeni istəyir
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rumıniyada prezidentliyə namizəd, ifrat sağçı və rusiyayönlü siyasətçi Kalin Georgesku Ukraynanı “uydurma dövlət” adlandırıb və onun qonşu dövlətlər arasında bölünməsinin “qaçılmaz olduğunu” iddia edib.
“AzPolitika” xəbər verir ki, Georgesku yerli mətbuata müsahibəsində Ukraynaya qarşı açıq ərazi iddiaları irəli sürüb. Prezidentliyə namizəd Ukraynanın Zakarpatye ərazilərinin Rumıniyanın maraq dairəsində olduğunu deyib və əlavə edib ki, Lvov Polşaya, Ukraynanın şərqi isə Rusiyaya keçəcək: "Yüz faiz, belə olacaq. Onların başqa yolu yoxdur! Ukrayna uydurma dövlətdir. Bu, Ukrayna Sovet Sosialist Respublikasıdır!"
Bundan əvvəl Georgesku, qələbə qazanacağı təqdirdə, Rumıniya vasitəsilə Ukrayna taxılının ixracını və Ukraynaya əlavə hərbi yardımı qadağan edəcəyini açıqlamışdı.
Qeyd edək ki, Georgesku bütün anormallıqlarına rəğmən may ayında keçiriləcək prezident seçkiləri ərəfəsində Rumıniyada ən populyar namizəd olaraq qalır.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 30 Yanvar 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















