Icma.az
close
up
RU
Rumıniyada Ümummilli Liderin xatirəsi anılıb FOTOLAR

Rumıniyada Ümummilli Liderin xatirəsi anılıb FOTOLAR

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AzVision.az xəbər verir ki, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra tədbiri giriş sözü ilə açan Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə apardığı daxili və xarici siyasətin nəticələrindən, Azərbaycanın ilk Konstitusiyasının müəllifi kimi dövlətçilikdəki xidmətlərindən danışıb.
Heydər Əliyev irsinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayan səfir çıxışında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə toxunaraq onun bütövlükdə Cənubi Qafqaz regionuna sülh gətirdiyini qeyd edib. O, cari il avqustun 8-də Vaşinqtonda imzalanmış sənədin və Zəngəzur dəhlizinin əhəmiyyətini nəzərə çatdırıb, artıq Azərbaycan ərazisindən Ermənistana yüklərin çatdırılmasını ölkəsinin xoş niyyət göstəricisi kimi səciyyələndirib.
Daha sonra Rumıniyanın keçmiş Prezidenti (1996-2000), Rumıniya Demokratiya Fondunun rəhbəri Emil Konstantinesku tədbirə göndərdiyi videomüraciətdə Ümummilli Liderlə bağlı xatirələrini danışıb, ötən əsrin 90-cı illərində Şərq-Qərb nəqliyyat dəhlizinin və TRACECA layihəsinin formalaşmasında Heydər Əliyevin rolundan bəhs edib.

Mərasimdə Rumıniya Senatının üzvləri Sebastian Çernik, Katalin Daniel Fenekiu, Kristian Şipoş, deputatlar Adrian Solomon və Amet Varol, Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan, Pakistanın səfiri İlyas Mahmud Nizami, Gürcüstanın səfiri Tamar Beruçaşvili, Rumıniya müsəlmanlarının müftisi Yusuf Murat və digərləri çıxış edib, mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycan və Rumıniya arasında əlaqələrin genişləndirilməsindəki müstəsna roluna, müasir Azərbaycanın dünyada tutduğu xüsusi yerə yüksək qiymət veriblər.

Tədbirin sonunda Ümummilli Liderin anım gününə həsr edilmiş qısametrajlı sənədli film izlənilib. Dəyirmi masa Rumıniya televiziya kanalları və mətbuatı tərəfindən geniş işıqlandırılıb. Tədbirdə Qazaxıstanın Rumıniyadakı səfirliyinin təmsilçiləri, "SOCAR Petroleum SA" şirkətinin, Türk İş Adamları Dərnəyinin rəhbərliyi, Rumıniyada yaşayan və fəaliyyət göstərən türk və İran azərbaycanlılarının icmalarının nümayəndələri iştirak ediblər.
Həmçinin mərasim iştirakçılarına Ümummilli Liderin keçdiyi həyat yoluna və Azərbaycan naminə gərgin fəaliyyətinə, eləcə də Rumıniya-Azərbaycan münasibətlərinə həsr olunmuş fotosərgi ilə tanış olmaq imkanı yaradılıb. Sərgini izləyənlərə səfir və əməkdaşlar tərəfindən ətraflı məlumat verilib.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://azvision.az
archiveBu xəbər 10 Dekabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri