Icma.az
close
up
RU
Menu

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Zirə autsayderə qarşı

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

Rumıniyalı senator Qarabağda aparılan bərpa quruculuq işləri barədə məlumatlandırılıb

Rumıniyalı senator Qarabağda aparılan bərpa quruculuq işləri barədə məlumatlandırılıb

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Rumıniya Senatının (parlamentin yuxarı palatası) mədəniyyət və media komitəsinin sədri, eləcə də Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaşın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfəri baş tutub.

BAKU.WS report-a istinadən xəbər verir ki, səfər çərçivəsində rumıniyalı senator Xankəndi və Şuşa şəhərlərini ziyarət edib.

Senator Kristian-Avqustin Nikulesku-Tsıqırlaşın Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov ilə rəsmi görüşü keçirilib.

Rumıniyalı senator Qarabağda olmaqdan şərəf hissi keçirdiyini qeyd edərək Prezident İlham Əliyevin rəhbərliyi altında bölgədə aparılan miqyaslı bərpa-tikinti işlərini yol boyunca müşahidə etdiyini, beynəlxalq əməkdaşlıq üçün Qarabağda turizm, sənayenin inkişafı üçün böyük potensialı vurğulayıb.

O, Rumıniyanın Maramureş və Azərbaycanın Qarabağ regionu arasında əlaqələrin inkişafına toxunaraq yaxın zamanda tərəflər arasında əməkdaşlıq haqqında bəyannamənin imzalanmasını təklif edib. Həmçinin senator Qarabağ haqqında xoş təəssüratları, insanların qonaqpərvərliyi və isti münasibəti, şahid olduğu bərpa-quruculuq işləri barədə Rumıniya parlamentindəki çıxışında həmkarları ilə bölüşəcəyinİ bildirib.

Senator Qarabağ bölgəsinin rəsmi nümayəndələrini Rumıniyanın Maramureş regionuna səfərə dəvət edib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov öz növbəsində rumıniyalı qonaqlara 30 illik işğaldan sonra Azərbaycanın torpaqlarının uğurla azad olunması, regionda aparılan iri miqyaslı infrastruktur və tikinti layihələri, "Böyük Qayıdış" proqramına əsasən doğma yurdlarından didərgin düşmüş qaçqınların işğaldan azad olunmuş ərazilərə qayıtması və bölgənin gələcək inkişaf planları barədə geniş məlumat verib.

Görüşdə iştirak edən Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Azərbaycan ilə Rumıniya arasında həmçinin iki ölkənin regionları arasında əməkdaşlığa toxunub, Qarabağ ilə Maramureş arasında əlaqələrin inkişafını, birgə layihələrin həyata keçirilməsini iki ölkənin strateji əməkdaşlıq əlaqələrinə cavab verdiyini bildirib.

Xatırladaq ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov avqustun 15-də Maramureşin Moisey şəhərində Rumıniya parlamenti Senatının sədrinin və bir çox Rumıniya dövlət xadimlərinin iştirakı ilə qeyd edilən "Maramureşin günü"nə həsr olunmuş təntənəli tədbirdə videobağlantı vasitəsi ilə çıxış edib, Qarabağ iqtisadi rayonu barədə danışaraq Rumıniya ilə gələcək əməkdaşlıq üçün geniş imkanlar barədə söz açıb.

Qarabağa səfər çərçivəsində Rumıniya nümayəndə heyəti Qarabağ Universitetini ziyarət edib, universitetin rektoru Şahin Bayramov ilə görüş keçirib. Rektor qonaqlara universitetdə tədris-təhsil prosesi, nəzərdə tutulan layihələr, əməkdaşlıq proqramları barədə geniş məlumat verib. Senator Kristian-Avqustin Nikulesku-Tsıqırlaş Maramureş bölgəsində yerləşən Baya-Mare Texniki Universiteti ilə Qarabağ Univeristeti arasında əlaqələrin qurulması və inkişafı istiqamətində işlərin aparılmasını, tələbə və müəllim mübadiləsi üçün iki universitetlərin rəhbərliyi arasında görüşlərin təşkil olunmasını təklif edib.

Səfər çərçivəsində Şuşa şəhərini ziyarət edən qonaqlara Şuşa şəhərinin tarixi, 44-günlük müharibə zamanı Azərbaycan ordusunun qəhrəmanlığı və şəhərdə aparılan bərpa-tikinti işləri barədə ətraflı məlumat verilib.

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 Avqust 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see232

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see229

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see203

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see200

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see171

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see154

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see150

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

21 Noyabr 2025 15:08see142

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see137

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see135

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

21 Noyabr 2025 03:12see131

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see130

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see129

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see126

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see126

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see126

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see125

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see124

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see122

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri