Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Qarabağda aparılan bərpa işləri xalqımızın və dövlətimizin quruculuq xarakterini əyani nümayiş etdirir

Qarabağda aparılan bərpa işləri xalqımızın və dövlətimizin quruculuq xarakterini əyani nümayiş etdirir

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


“Böyük Qayıdış” Proqramının həyata keçirilməsi uğurla davam edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda əsaslı bərpa-quruculuq işləri sürətlə aparılır. Postmüharibə dönəmində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıdışının uğurlu modelinə çevrilən "Böyük Qayıdış" təcrübəmiz bu gün müharibə və münaqişələrdən əziyyət çəkən bütün dövlətlər tərəfindən diqqətlə öyrənilir. Azərbaycan müharibə dövrünün ağır nəticələrinin aradan qaldırılması sahəsində dünyanın ən nümunəvi rol-model ölkəsinə çevrilir.
Azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli qayıdışı mütəmadi surətdə həyata keçirilir. Belə ki, hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 minə yaxın şəxs məskunlaşıb. Bütövlükdə isə, Böyük Qayıdışın başlandığı 2022-ci ildən indiyədək işğaldan azad edilmiş 28 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin köçürülməsi həyata keçirilib. Bu gün Qarabağın və Şərqi Zəngəzurun müxtəlif şəhər və qəsəbələrində, kəndlərində ümumilikdə, 50 mindən çox insan yaşayır. Onların arasında keçmiş məcburi köçkünlərlə yanaşı, dövlət və özəl qurumlarda çalışanlar, həmçinin onların ailə üzvləri də var. Hazırda Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunmuş keçmiş məcburi köçkünlərin rahat, təhlükəsiz və ləyaqətlə geri qayıdışı üçün bütün imkanlar səfərbər edilib.
Azad edilmiş ərazilərə geri qayıdış prosesi bərpa-quruculuq işləri və əhalinin məşğulluğunun təmin edilməsi ilə paralel surətdə həyata keçirilir. Bütün infrastruktur tamamilə yenidən qurulur. Qarabağın hər tərəfəndə genişmiqyaslı infrastruktur layihələri icra olunur. Yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemləri yaradılır. Eyni zamanda, iqtisadiyyat, təhsil, səhiyyə, ictimai xidmətlər, mədəni irsin bərpası və digər istiqamətlərdə mühüm layihələr həyata keçirilir. Hər bir yaşayış məntəqəsində orta təhsil müəssisəsi, bağça, tibb məntəqəsi, icma mərkəzi yaradılır. Doğma yurdlarına geri qayıdan soydaşlarımız müasir tələblərə cavab verən müasir yaşayış komplekslərində və ya fərdi evlərdə mənzillərlə təmin olunur.
İnfrastrukturun bərpası ilə yanaşı əhalinin yeni yaşayış şəraitinə adaptasiyası və iqtisadi fəaliyyətə reinteqrasiyası, məşğulluq imkanlarının artırılması, yerli sahibkarlıq fəaliyyətlərinin genişləndirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Belə ki, indiyədək işğaldan azad olunmuş ərazilərdə məşğulluq və sahibkarlıq layihələrinə 65 milyon manatdan çox investisiya qoyuluşu həyata keçirilib. Onu da qeyd edək ki, bütün bu işləri Azərbaycan dövləti öz imkanları hesabına həyata keçirir. Bu gün Qarabağda görülən işlərin miqyası Azərbaycan dövlətinin iqtisadi qüdrətini təsdiqləyir. Vətən müharibəsindən və antiterror əməliyyatından qısa müddət keçməsinə baxmayaraq, azad edilmiş ərazilərin bərpası istiqamətində əhəmiyyətli nəticələr əldə edilib.
Azad edilmiş ərazilərə səfər edən xarici diplomatların qeyd etdikləri kimi Qarabağın son üç il ərzində keçdiyi inkişaf yolu həqiqətən də inanılmazdır. Bu gün Qarabağda bərpa edilən, yenidən qurulan şəhərlər nəinki yerli, həmçinin mühüm beynəlxalq tədbirlərə də ev sahibliyi edir. Tezliklə Qarabağ və Şərqi Zəngəzur həm də böyük turizm potensialı ilə diqqətləri cəlb edəcək və bu bölgə bütün Cənubi Qafqazın yeni turizm mərkəzinə çevriləcək. Füzuli, Laçın, Zəngilan hava limanlarından istifadə edən xarici turistlərin sayının gün-gündən artması isə adi hala çevriləcək.
Bu gün Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş bütün tapşırıqlar vaxtında və ən yüksək şəkildə icra olunur. Cənab Prezident azad edilmiş ərazilərə mütəmadi səfərlər edir, quruculuq işləri aparılan ərazilərə baş çəkir, yeni yaşayış binalarının, xəstəxana, məktəb və elektrik stansiyalarının açılışlarında iştirak edir, eləcə də böyük tunellərin, mühüm sənaye obyektlərinin təməlini qoyur, sakinlərlə görüşür. Eyni zamanda, ölkə başçısının sərəncamı ilə 2027-2030-cu illəri əhatə edən "Böyük Qayıdış"a dair ikinci Dövlət Proqramının hazırlanması işi davam etdirilir. Bir sözlə, Böyük Qayıdış prosesi Prezidentin daimi diqqət mərkəzindədir.
Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına rahat, təhlükəsiz və ləyaqətlə geri qayıdışını təmin etməklə və Ermənistanın 30 ilə yaxın davam edən işğalçı siyasətinin ağır nəticələrini aradan qaldırmaqla Cənubi Qafqaza dayanıqlı sülh və sabitliyin gəlişini təmin edir. Qarabağa səfər edən xarici qonaqlar Ermənistanın işğal etdiyi ərazilərdə infrastruktur obyektlərinin tamamilə dağıdıldığını, erməni vandallarının milli-mədəni irsimizi məhv etdiyini, təbii sərvətlərimizi talayıb iqtisadiyyatımıza və ekologiyamıza ağır zərər vurduqlarını öz gözləri ilə görürlər. Həmin səfərlər zamanı onlar dağıdılmış yaşayış əraziləri ilə yanaşı, yeni inşa edilmiş yaşayış komplekslərini və bərpa edilmiş infrastrukturu da görməklə ermənilərin dağdıcılığı ilə azərbaycanlıların quruculuğunu əyani surətdə müqayisə etmək imkanı da qazanırlar. Qarabağda aparılan bərpa işləri xalqımızın və dövlətimizin quruculuq xarakterini əyani nümayiş etdirir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Oktyabr 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see209

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see179

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see157

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see150

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see145

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see144

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see140

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see140

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see140

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see138

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see134

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see132

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see132

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see131

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri