Icma.az
close
up
RU
Rumıniyalı siyasi analitik: Tramp Mərkəzi Asiyada təsir uğrunda mübarizəyə qoşulub

Rumıniyalı siyasi analitik: Tramp Mərkəzi Asiyada təsir uğrunda mübarizəyə qoşulub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Buxarest, 13 noyabr, AZƏRTAC

Rumıniyalı siyasi analitik Yulian Kifu ABŞ-ın yeni administrasiyasının Mərkəzi Asiya uğrunda qlobal rəqabətə hansı şəkildə daxil olduğunu təhlil edərək bildirir ki, Vaşinqtonun regiona yönəltdiyi diqqət son onilliklərin geosiyasi balansını dəyişdirə biləcək mərhələnin başlanğıcını göstərir. Onun analizinə görə, Donald Trampın regionla bağlı açıqlamaları və intensiv diplomatik fəaliyyəti ABŞ-ın həm təsir imkanlarını genişləndirməyə, həm də Çin və Rusiyanın mövcud nüfuz dairələrini məhdudlaşdırmağa yönəlib.

Y.Kifu qeyd edir ki, Mərkəzi Asiya artıq ABŞ üçün təkcə siyasi və təhlükəsizlik məsələləri baxımından deyil, həm də mineral resursları, enerji keçidi texnologiyaları və strateji nəqliyyat marşrutları baxımından mühüm məkana çevrilib. Vaşinqton region ölkələri ilə ticarət, sərmayə, təhlükəsizlik və infrastruktur sahələrində yeni razılaşmalar imzalayır ki, bu da ABŞ-ın regional strateji mövqeyini gücləndirir.

Analitik Trampın Mərkəzi Asiya liderləri ilə görüşlərində istifadə etdiyi ritorikanı xüsusi vurğulayır: “Tramp açıq şəkildə bildirib ki, region qlobal təchizat zəncirlərinin təhlükəsizliyində açar rol oynayır, ABŞ isə burada daha güclü, uzunmüddətli tərəfdaşlığa nail olmaq niyyətindədir. Y.Kifunun fikrincə, bu bəyanatlar Vaşinqtonun Avrasiya siyasətində yeni mərhələnin anonsudur.

Y.Kifu Mərkəzi Asiya üzrə siyasətdə Azərbaycanın rolunun xüsusi önəm daşıdığını qeyd edir. ABŞ administrasiyası üçün Azərbaycan həm enerji təhlükəsizliyinin təminatçısı, həm də qlobal nəqliyyat xəritəsinin əsas “keçid nöqtəsi” kimi qiymətləndirilir. Analitik yazır ki, Orta Dəhliz, Zəngəzur dəhlizi və Xəzər hövzəsi boyunca formalaşan yeni nəqliyyat marşrutları Mərkəzi Asiyadan Avropaya yük axınlarını kəskin şəkildə artırır və bu prosesin mərkəzində məhz Azərbaycan dayanır.

Onun şərhinə görə, region ölkələri ilə ABŞ arasında genişlənən iqtisadi-ticarət əlaqələri və nadir metallar üzrə əldə olunan razılaşmalar fonunda Azərbaycan həm strateji tranzit mərkəzi, həm də regional sabitlik aktoru kimi əhəmiyyətini daha da artırır. O bildirir ki, ABŞ-ın Mərkəzi Asiya siyasətində Azərbaycandan yan keçmək artıq mümkün deyil, çünki Bakı həm infrastruktur, həm təhlükəsizlik, həm də enerji sahələrində “kilid ölkə” statusunu möhkəmləndirib.

Analitik qeyd edir ki, ABŞ-ın regionda artan fəallığı Moskva və Pekinin mövcud təsir mexanizmlərinə ciddi təzyiq yaradır. Vaşinqtonun strategiyası regionu Çin–Rusiya təsirindən uzaqlaşdırmaqla yanaşı, Mərkəzi Asiyanı Avro-Atlantik iqtisadi sisteminə daha sıx bağlamaq məqsədi daşıyır. Bu prosesin əsas coğrafi dəhlizlərindən biri kimi isə məhz Azərbaycan seçilir.

Nəticə olaraq, Y.Kifu vurğulayır ki, Tramp administrasiyasının Mərkəzi Asiyaya “giriş gücü” qlobal geosiyasətdə yeni mərhələnin başlanğıcıdır. ABŞ-ın regionla bağlı iqtisadi, təhlükəsizlik və nəqliyyat təşəbbüsləri həm regional qonşuluğu, həm də Avrasiyanın strateji xəritəsini yenidən formalaşdırır. Bu dəyişikliklər fonunda Azərbaycanın regional liderliyi və nəqliyyat diplomatiyası yeni reallığın mühüm dayaqlarından biri olaraq qiymətləndirilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri