Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Mərkəzi Asiyada yeni strateji arxitektura

Mərkəzi Asiyada yeni strateji arxitektura

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında son illərdə formalaşan əməkdaşlıq artıq, sadəcə, ikitərəfli münasibətlər çərçivəsində qalmır, bu, regional siyasi arxitekturanın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu gün region ölkələrinin münasibətləri yalnız coğrafi yaxınlıq üzərində deyil, tarixi, mədəni və mənəvi bağlarla dəstəklənən siyasi format üzərində qurulur. Mərkəzi Asiya uzun illər “beş ölkə” kimi təqdim olunsa da, indi bu təsnifat dəyişir.Azərbaycan artıq tamhüquqlu üzv olaraq regionun ayrılmaz hissəsinə çevrilib. Dövlət başçılarının qarşılıqlı etimada əsaslanan münasibəti, Türk dünyasının inteqrasiyasının dərinləşməsi və qlobal siyasi reallıqlar bu yaxınlaşmanı daha da gücləndirir. Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı statusu qazanıb. Bu qərar Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə qəbul edilib.” Bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.O qeyd edib ki, Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyətə malikdir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır.“Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycana göstərilən yüksək siyasi dəstək regionda yeni və daha genişmiqyaslı əməkdaşlıq mərhələsinin başlandığını təsdiqləyir. Liderlərin çıxışları Azərbaycanın həm geosiyasi mövqeyi, həm də iqtisadi-logistika imkanları baxımından formata ciddi dəyər qatdığını göstərir. Bu qoşulma Mərkəzi Asiya ilə Azərbaycan arasında strateji körpünü möhkəmləndirərək nəqliyyat, logistika və enerji sahələrində inteqrasiyanı yeni səviyyəyə çıxarır. Prezident İlham Əliyevin Orta Dəhlizin artan həcmləri ilə bağlı açıqladığı rəqəmlər Azərbaycanın tranzit imkanlarının sürətlə genişləndiyini təsdiqləyir. Paralel olaraq, region dövlətləri arasında gömrük və rəqəmsal proseslərin uyğunlaşdırılması həm iqtisadi dövriyyəni artıracaq, həm də dəhlizin qlobal rəqabət qabiliyyətini yüksəldəcək. Azərbaycanın formatda iştirakı həm Mərkəzi Asiyanın, həm də Cənubi Qafqazın beynəlxalq ticarət xəritəsində strateji rolunu gücləndirir. Bu birlik regional sabitlik, qarşılıqlı etimad və iqtisadi dayanıqlılıq üçün möhkəm təməl yaradır. Nəticədə Məşvərət Görüşü regional səviyyəni aşaraq qlobal proseslərə təsir edən real əməkdaşlıq platformasına çevrilir”, - deyə deputat vurğulayıb.Onun sözlərinə görə, Azərbaycanın regional liderliyi möhkəmlənir. Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə genişlənib. Prezident İlham Əliyev də çıxışında qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici körpü rolunu oynayır və Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir.“Bütün bunlar Azərbaycanın regiondakı strateji mövqeyini gücləndirir, Mərkəzi Asiya ilə əməkdaşlığı daha da dərinləşdirir və həm Cənubi Qafqaz, həm də Avrasiya məkanında təsir dairəsini genişləndirir. Azərbaycanın tərəfdaşlıq, etimad və qardaşlıq prinsiplərinə əsaslanan fəaliyyəti regionda dayanıqlı inkişaf və qarşılıqlı fayda üçün yeni imkanlar yaradır. Bu, həm Azərbaycanın regional liderliyini möhkəmləndirir, həm də əməkdaşlıq perspektivlərinin təməlini möhkəmləndirir”, - deyən Pərvin Kərimzadə fikirlərini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri