Icma.az
close
up
RU
Rus avanqardizminin ustası Onun yaradıcılığına hansı məşhur rəssamın təsiri olmuşdu?

Rus avanqardizminin ustası Onun yaradıcılığına hansı məşhur rəssamın təsiri olmuşdu?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Bu gün məşhur rus avanqard və suprematist rəssam İvan Klyunun anım günüdür.

Kulis.az bu münasibətlə sənətkarın həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

Tanınmış rus rəssam, qrafik, heykəltəraş və incəsənət nəzəriyyəçisi, rus avanqardının nümayəndəsi İvan Klyun dülgər ailəsində anadan olub, uşaqlıqdan rəsmə maraq göstərib.

Dünyanın ən qədim dastanları Çar kimi "taxta" oturdulan şair - Krılov nə üçün Azərbaycanda ədəbi kulta çevrilmişdi? Güney Azərbaycan poeziyasından bəhs edən kitab - ARAŞDIRMA

Rəssamın xatirələrinə görə, təxminən 1881-ci ildə ailə Podol quberniyasına köçüb.

Qısa müddət ərzində Klyun Moqilyov real məktəbində (indiki Ukraynanın Vinnitsa vilayətinin Moqilyov-Podolski şəhəri) təhsil alıb, lakin maddi çətinliklər səbəbindən təhsilini yarımçıq qoyaraq atasının işlədiyi şəkər zavodunun idarə kontorunda işə düzəlib.

1890-cı illərin əvvəllərində Voronej quberniyasının Voronej qəzasının Ramon kəndində yerləşən şəkər zavodunda mühasib köməkçisi kimi çalışıb.

Polşa Krallığının Lomja şəhərinə gedərək hərbi xidmətə qəbul üçün imtahan verib, lakin tibbi göstəricilərə görə qəbul edilməyib.

1890-cı illərin ikinci yarısında Moskvaya köçərək Moskva–Kiyev–Voronej dəmir yolunun idarəsində yığım nəzarəti şöbəsində işə başlayıb.

1902-ci ildə Kazan vağzalının rəisinin kiçik qızı Yekaterina Slepnova (1879–1939) ilə evlənib.

Ailəsini dolandırmaq üçün demək olar ki, bütün yaradıcılıq fəaliyyəti dövründə, 1927-ci ilə qədər müxtəlif müəssisələrdə mühasib kimi çalışıb.

1900-cü illərin əvvəllərindən etibarən işdən azad vaxtlarında muzeylərə gedib, qədim rus rəssamlığını öyrənib, realist istiqamətli rəssamların əsərlərini köçürüb və müstəqil şəkildə plenerdə işləyib.

Axşamlar isə özəl rəssamlıq studiyalarında – A. P. Bolşakovun, V. Q. Fişerin, İ. İ. Maşkovun yanında rəsm dərsləri alıb.

Beş il ərzində F. İ. Rerberqin məktəb-studiyasında təhsil alıb.

Onun sənət həyatındakı ən mühüm hadisə 1907-ci ildə Kazimir Maleviçlə tanış olması və yaradıcılığına dərin təsir göstərən rus avanqardı ilə yaxından ünsiyyət qurması olub.

1910-cu ildə yaradılan “Moskva salonu” cəmiyyətinə qoşuldu və 1916-cı ilə qədər burada fəaliyyət göstərib. İlk dövrlərdə simvolist üslubda əsərlər yaratsa da, 1913-cü ildən etibarən Maleviçin təsiri ilə Sankt-Peterburqlu “Gənclər İttifaqı” adlı qrupun sərgilərində iştirak etməyə başlayıb.

Bu mərhələdə kubo-futurizmə maraq göstərib, həmçinin Vladimir Tatlinin təsiri altında heykəltəraşlıqla məşğul olub. Dövrün demək olar ki, bütün avanqard sərgilərində iştirak edib.

1915-ci ildə şair Aleksey Kruçyonıxın “Akademiklərin gizli günahları” adlı əsəri üçün litoqrafik illüstrasiyalar hazırladı və kitab üçün bir bölmə qələmə aldı.

Elə həmin il Maleviçin yaratdığı suprematizm cərəyanını qəbul etdi və növbəti il Maleviç tərəfindən təsis edilən “Supremus” qrupuna daxil oldu.

Qrup çərçivəsində heç vaxt nəşr olunmayan bir manifest və jurnal üzərində işlədilər.

1918–1921-ci illərdə dövlət incəsənət və texniki məktəbi olan Vxutemasda professor kimi dərs dedi. 1920-ci ildən İnkhuk (İncəsənət Mədəniyyəti İnstitutu), 1921-ci ildən isə GAXN-in (Dövlət İncəsənət Elmləri Akademiyası) üzvü oldu.

Elə həmin dövrdə S. İ. Şukinin bədii kolleksiyası ilə tanış olub və bu kolleksiya ona güclü təsir göstərib.

1920-ci illərin ortalarına qədər onun əsərləri əsasən həndəsi formalardan ibarət idi.

1920-ci illərin sonlarına doğru müasir Qərbi Avropa, xüsusilə Fransa incəsənətinə maraq göstərməyə başladı və Pablo Pikasso ilə Jorj Brakın əsərlərinin surətlərini yaradıb.

Xüsusilə Amede Ozenfanın yaradıcılığına güclü maraq göstərirdi; 1930-cu illərin əvvəllərində çoxsaylı natürmortlar işləyib.

1930-cu illərin sonlarına doğru isə bir çox sovet rəssamı kimi sosialist realizminə maraq göstərməyə başlayaraq bu üslubda natürmortlar və peyzajlar çəkib.

Dünyanın ən qədim dastanları Çar kimi "taxta" oturdulan şair - Krılov nə üçün Azərbaycanda ədəbi kulta çevrilmişdi? Güney Azərbaycan poeziyasından bəhs edən kitab - ARAŞDIRMA
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Dekabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri