Icma.az
close
up
RU
Puantilist rəssamın ən məşhur əsərləri Onun hansı tablosu 149 milyon dollara satılmışdı?

Puantilist rəssamın ən məşhur əsərləri Onun hansı tablosu 149 milyon dollara satılmışdı?

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

2 dekabr fransız əsilli görkəmli rəssam Jorj-Pyer Söra­nın doğum günüdür.

Kulis.az bu münasibətlə onun ən məşhur əsərləri haqqında materialı təqdim edir.

Postimpressionist və nöqtəçi (puantilist) Jorj-Pyer Söra (Georges Pierre Seurat) rəssamlığa gətirdiyi yeni tərzi və özünəməxsusluğu ilə dünya rəssamları arasında xüsusi rola malikdir.

Jorj-Pyer Söra kifayət qədər varlı bir ailədə dünyaya gəlmişdi. Atası Antuan ayrı yaşayır, yalnız çərşənbə axşamları həyat yoldaşının yanına gəlirdi. O, daşınmaz əmlak alveri hesabına yüksəlmiş sabiq məmur idi. Erkən təqaüdə çıxmış və olduqca dindar bir insan idi, Paris yaxınlığındakı evində kiçik bir ibadət otağı belə düzəltmişdi. Atası eyni zamanda ov zamanı baş vermiş hadisə nəticəsində qolunu itirmişdi; protez əlində çəngəl və bıçağı o qədər həvəslə yellədirdi ki, onunla bir masa arxasında oturanlar başlarını yayındırmalı olurdular.

Ailədə dörd uşaq vardı, Jorj isə üçüncü idi. Dördüncü uşaq körpə ikən dünyasını dəyişmişdi.

Jorj özü-özünə rəsmlər çəkməyə, təxminən 16 yaşından isə dərs almağa başlamışdı. O, Gözəl Sənətlər Məktəbində oxuyur, klassikləri çox sevirdi, lakin hərbi xidmətə getdikdən sonra klassik sənətə marağı tədricən sönməyə başladı. Eyni zamanda Söra ağıllı gənc idi, elmi əsərlərə böyük maraq göstərirdi. O, amerikalı fizik Oqden Rudun “Müasir rəng nəzəriyyəsi” kitabını və fransız alim Mişel-Ejen Şevrölin rənglərin optik qarışması haqqında işlərini diqqətlə öyrənmişdi.

Optika ilə bağlı tədqiqatlar Söranı valeh etmişdi. O, impressionistləri sevsə də, dəbin axarına qapılmadı. Əksinə, özünə tamam başqa bir dünya açdı – XX əsrin piksel dünyası, informasiyanın fərqli təqdim olunma sistemi. Onun gözü ən müxtəlif rəngləri və formaları yadda saxlaya bilirdi. Təbiət qoynuna gedərkən özü ilə kiçik taxta lövhəciklər götürür, müxtəlif məsafələrdən saf rəng nöqtələrinin qarşılıqlı təsirini təcrübədən keçirirdi. Bu lövhələrə “kroketon” deyilirdi.

“Anyerda çimənlər” əsərini tənqidçilər qəbul etməyəndə belə, Söra təcrübələrindən vaz keçmədi. Uğur sürətli deyildi — lakin həmkarları az-çox onu dəyərləndirməyə başlamışdı. Söra rəssam dostları arasında sözəbaxan, lakin xüsusi ab-hava yaradan bir simaya çevrilmişdi. Onun ətrafında qəribə bir aura vardı - az danışsa da, hörmət oyadırdı. Bir müddət sonra puantilizm dəbi yarandı, rəssamlar Söranın texnikasından istifadə etməyə başladılar. Amma məlum oldu ki, sadəcə nöqtə qoymaq bəs etmir - buna xüsusi istedad lazımdır. Bu texnika az hallarda, məsələn, Pol Sinyakda uğurlu alınırdı.

“Anyerda çimənlər”

Söra 1891-ci ildə müəmmalı xəstəlikdən — ehtimal ki, meningit və ya difteriyadan vəfat etdi. Görünür, iki həftə sonra ölən körpə oğlunu da o yoluxdurmuşdu. Rəssam 32 yaşına çatmadan dünyasını dəyişdi və Per-Laşez qəbiristanlığında dəfn edildi. Onun əsərləri isə uzun müddət satılmadı. Emalatxanasında kroketonlar da, rəsmlər də, məşhur “Qrand Jatt adasında bazar günü” tablosu da qalmışdı.

“Qrand Jatt adasında bazar günü” (1884–1886)

Bu əsər Jorj Söranın impressionist sərgilərinə qatılan yeganə tablosu idi. Sərgi artıq əvvəlki kimi sənət akademiyasına qarşı bir etiraz hərəkatı deyildi. Bəlkə də buna görə, dünənki skandalçı impressionistlərin sərgisində Söranın nəhəng tablosu yenidən skandala çevrildi.

305×205 sm ölçülü bu əsər iki ilə tamamlanmışdı. Təbii işıq, Sena çayı, modellərlə studiya çalışmaları — yüzlərlə eskiz yaradılmışdı. Kətanın böyüklüyü ilə yanaşı, onun dəqiqliyi insanları heyrətə salırdı: rənglərin optik qırılması, nöqtələrin hesablanmış yerləşməsi, sakit bir çay səhnəsinin arxasında duran intellektual sistem…

Tənqidçilər artıq yeni cərəyanın adını da düşünmüşdülər: puantilizm — yəni nöqtələr sənəti. Bu gün tablo Çikaqo İncəsənət İnstitutunda saxlanılır.

“Naturaçı” (1886–1888)

“Qrand Jatt adası” haqqında sərt rəylərdən sonra Söra özünü sübut etmək istəyirdi. Studiyasında eyni qadını üç rakursda — öndən, arxadan və profildən çəkdi. Küncdə isə “Bazar günü...” tablosunun kiçik versiyası asılmışdı; oradakı geyimli qadının profili çılpaq modelin profilini sanki güzgü kimi təkrarlayırdı.

Rəssam bu əsəri sağlığında təxminən 2500 franka qiymətləndirmişdi - gün hesabı ilə dəqiq hesablayaraq. Alıcı isə yalnız o öldükdən altı il sonra tapıldı və əsər cəmi 800 franka satıldı. Tablo iki versiyada mövcuddur.

2022-ci ildə onlardan biri 149,24 milyon dollara satıldı.

“Eyfel qülləsi” (1889)

Paris Ümumdünya sərgisi Fransanı iki yerə bölmüşdü: 330 metrlik polad qüllə şəhərə yaraşırmı? Ən məşhur yazıçılar — o cümlədən Düma-oğul və Gi de Mopassan — qüllənin sökülməsi üçün petisiya imzalayırdılar. Ona “fabrik bacası”, “çirkin dəmir yığını” deyirdilər. Amma Söranın baxışı tam başqaydı. Sərgi üçün Eyfel qülləsi parlaq qoruyucu lakla boyanmışdı və günəş işığında polad konstruksiyalar sanki rəng çalarları ilə oynayırdı. Bu, Söranın gördüyü dünyanın tam özü idi — optikanın və rəng fizikasının dünyası. Rəssam qülləni İyensk körpüsünün yanından təsvir etmişdi. Bu kiçik (24 sm-lik) əsər bu gün özəl kolleksiyada saxlanılır.

“Pudra qabı tutan gənc qadın” (1888–1889)

Madlen Noblok sadəcə model deyildi — Söranın həyat yoldaşı kimi iki il yanında olmuş, ona uşaq dünyaya gətirmişdi. Rəssam münasibətlərini ailəsindən gizlətsə də, özü subay idi.

Madlen iri bədən quruluşlu, gənc bir qadın idi. Tabloda o, əlindəki yumşaq fırça ilə üzünə pudra vurur, güzgüdə özünə diqqətlə baxır. Buxağı da artıq hiss olunur — qadının fikri də elə buna yönəlib.

Əvvəlcə Söra tablonun sol yuxarı küncündə öz avtoportretini çəkmişdi — güzgüdə əks olunan rəssam. Lakin bu halda, qadının gözəllik ritualı sanki birbaşa rəssama “həsr olunurmuş” kimi görünürdü. Buna görə Söra avtoportreti örtüb həmin hissədə vaza təsvir etdi.

Bu gün tablo Londonun Kurto İnstitutu Qalereyasında saxlanılır. Gizlədilmiş portret yalnız 2014-cü ildə infraqırmızı tədqiqatla aşkarlanmışdır.

“Sirk” (1891)

Söra vəfat edəndə cəmi 31 yaşı vardı. Onun son əsəri - “Sirk” yarımçıq qalmışdı. Burada sanki səhnəni klounun gözü ilə görürük: o, həm atlı qızı, həm tərbiyəçini, həm akrobatları yönləndirir. Arxa plandakı tamaşaçılar isə donuq, maraqsız baxışlarla göstərilib.

Tablo Parisdə Orse Muzeyində saxlanılır. Söranın ailəsi bu əsəri 1900-cü ildə cəmi 500 franka satmışdı.

"Pul kisəsi" ilə evləndi, Servanteslə rəqabət apardı... - XVI əsrin ən eşqbaz şairi Sinəmdə bülbül kimi dilə gəlir ürəyim... - Günün mahnısı "Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 Dekabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see187

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see152

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see149

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see139

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see138

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see134

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see133

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see133

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see131

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see130

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see127

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see127

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see125

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see121

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see120

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see120

Rusiya FTX nin Əli Kərimliyə sifarişi: Saleh Rüstəmli vasitəçillik edib

30 Noyabr 2025 14:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri