Icma.az
close
up
RU
Rus bölmələrində həyəcan təbili: “Buna məcbur qalırlar” Xəbərdarlıq KONKRET

Rus bölmələrində həyəcan təbili: “Buna məcbur qalırlar” Xəbərdarlıq KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Bakı ilə Moskva arasında gərginliyin artması fonunda ölkəmizdə rusdilli məktəblərin fəaliyyətinin dayandırılması məsələsi müzakirə olunur. Bu baxımdan, Qarabağ Universitetinin növbəti ildən rus və ingilis dillərində qəbul həyata keçirməcəyini  açıqlaması da diqqət çəkir.

İddialara görə, Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblərin bağlanması istiqamətində yaxın zamanda, hətta sentyabrda müəyyən addımlar atıla bilər. Lakin bu məlumatlar rəsmi səviyyədə təsdiqini tapmayıb.

Rusdilli məktəblərlə bağlı hansı dəyişikliklər gözlənilir? Onların ölkə üzrə sayında azalma ola bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan təhsil eksperti Elşən Qafarov deyib ki, “Təhsil haqqında” Qanunun 7-ci və “Ümumtəhsil haqqında” Qanunun 6-cı maddələrinə görə, Azərbaycanda ümumtəhsil məktəblərində dövlət standartlarına uyğun olaraq təhsil digər dillərdə də tədris edilə bilər:

“Hazırda ölkədə 4252 məktəb fəaliyyət göstərir. Yaxın vaxtlarda bu göstəricinin təxminən 4100-ə enəcəyi gözlənilir. 10-a yaxın məktəbdə gürcü bölməsi mövcuddur. Onlar əsasən Zaqatala, Qax, Oğuz, Balakən və digər şimal-qərb bölgələrində yerləşir. 320-yə yaxın məktəbdə isə rus bölməsi var və onların böyük əksəriyyəti Abşeron yarımadasında toplanıb. Regionlarda da rus bölməsi fəaliyyət göstərir və burada təhsil alanların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Rus bölməsinin bağlanması və ya azaldılması dövlətin prioriteti deyil, lakin bu sahədə müəyyən problemlər mövcuddur. Əsas çətinlik 5-11-ci siniflərdə ixtisaslı müəllim çatışmazlığı ilə bağlıdır. Ona görə bəzi məktəblər Azərbaycan bölməsinin müəllimlərindən istifadə etməyə məcbur qalır. Bu vəziyyət ali məktəbə hazırlıq prosesinə və bəzi fənlərin tədrisinə mənfi təsir göstərir”.

Ekspert qeyd edib ki, dövlətin mövqeyinə görə, təhsil Azərbaycan dilində aparılmalıdır, lakin məktəblərə dövlət standartlarına uyğun şəkildə digər dillərdə də təhsil vermək imkanı yaradılmalıdır:

“Publik hüquqi şəxs statusu alan məktəblər həm rus, həm də ingilis bölmələri yarada, ödənişli əsaslarla fəaliyyət göstərə bilərlər. Bu, həm təhsil müəssisələrinə əlavə gəlir gətirəcək, həm də ixtisaslı müəllimlərin işə cəlb edilməsinə şərait yaradacaq.

Hazırda rus bölməsinə qəbulda azalma müşahidə olunur. Bu, əsasən kadr çatışmazlığı ilə bağlıdır. Lakin ictimaiyyətdə rus dili və ya rus bölməsinin sıxışdırıldığı barədə yanlış təsəvvürlər formalaşdırmaq doğru deyil. Dövlət hər kəsin təhsil almaq hüququnu təmin edir və valideynlərin istəyinə əsasən, Elm və Təhsil Nazirliyinin razılığı ilə digər dillərdə təhsil mümkündür. Hazırda rus bölmələrinin bağlanması gündəmdə deyil. Mövcud problemlər real vəziyyətdən irəli gələn texniki və kadr çatışmazlığı ilə bağlıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Avqust 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri