Icma.az
close
up
RU
Rus dilində tədris buna görə ləğv olunacaq Ekspert: Rus bölməsini bitirənlər müəllim olmaq istəmir

Rus dilində tədris buna görə ləğv olunacaq Ekspert: Rus bölməsini bitirənlər müəllim olmaq istəmir

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Tədrisi rus dilində aparılan fənlərə uyğun olaraq müəllimlərin çatışmazlığı müşahidə olunur. Bəli, bu ümumi problemdir. Düşünürəm ki, bu problem rus dilində tədrisin getdikcə azalmasına təsir göstərə bilər. Çünki istər-istəməz pedaqoji ixtisaslara təhsili rus dilində seçənlərin sayı illərlə azalmağa doğru getməkdədir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev rus dili tədris edən müəllimlərin sayında çatışmazlıq olduğundan danışarkən bildirdi.

"Bunun əsas səbəbi beynəlxalq dillərin, ingilis dili, Çin dili, fransız və alman dillərinin rus dilini sıxışdırmağa başlamasıdır. Artıq həmin kadrlarda belə bir düşüncə formalaşır: "Əgər mən gələcəkdə tədrisi rus dilində aparılan biologiya müəllimi olsam və rus bölməsinə olan tələbat azalsa, rus bölməsi bağlansa, mən işsiz qalacam."

Məhz bu düşüncəni nəzərə alaraq, pedaqoji istiqamətlərə yönələnlərin əksəriyyəti başqa sahələrə meyillənmək istəyirlər. Mən hesab edirəm ki, bunun ən böyük təsiri məhz buradan qaynaqlanır. Çünki abituriyent bizim yanımıza gəldiyi təqdirdə, o rus bölməsi üzrə oxuyursa və biz ona pedaqoji fəaliyyət təklif etdikdə, həmin abituriyent belə bir sual verir: "Əgər mən gələcəkdə riyaziyyatdan rus dilli müəllim olsam, rus bölməsi bağlanarsa, mən nə iş görəcəm?"

O zaman həmin tələbəyə açıqlayıcı, təkmilləşdirici cavab vermək çətin olur. Çünki bu, artıq zamanın tələbidir", - deyə o vurğuladı.

R.Nurəliyevin sözlərinə görə, getdikcə istər-istəməz rus bölməsinə olan maraq azalır:

"Çünki digər beynəlxalq dillər rus dilini sıxışdırmağa başlayıb. Məhz bu təsirin nəticəsi olaraq, abituriyentlər pedaqoji ixtisasları seçmək istəmirlər. Bu istəksizlik artdıqca, pedaqoji kadrların çatışmazlığı yaranır. Bu isə gələcəkdə, 10 il içərisində daha da dərinləşərək ciddi bir problemə çevrilə bilər".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyul 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri