Icma.az
close
up
RU
Rus evi olayı rus şovinizmininin maskasını cırdı: Kremlin dilincə danışanlar

Rus evi olayı rus şovinizmininin maskasını cırdı: Kremlin dilincə danışanlar

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda Rusiyada nə qədər ermənipərəst və yaxud şovunist rus var, Bakıda Rus Evinin bağlanmasına görə Azərbaycana az qala müharibə tələbi ilə çıxış edirlər.


Sizcə, belə bir “parad”dan Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin qalarmı? Qalmaz! O da bir antitürk olaraq Azərbaycan hakimiyyətinin “Rossotrudniçestvo”nun ölkədəki nümayəndəliyinin bağlanması tələbinə münasibət bildirib.
Adalet.az xəbər verir ki, Zatulinin iddiasına görə Azərbaycan Türkiyənin Qafqazdakı maraqlarını irəli sürür:” “Azərbaycan hakimiyyətinin real siyasəti tamam başqadır. Onlar Türkiyənin müttəfiqləridir və öz xalqları ilə birlikdə Xəzər dənizi, Orta Asiya və Qafqazda Türkiyənin maraqlarını müdafiə edirlər.Dağlıq Qarabağdan sonra Bakının artıq Rusiyaya ehtiyacı yoxdur.
“Rossotrudniçestva”nın -Rusiya Federasiyasının humanitar əlaqələr üzrə dövlət agentliyinin rəhbəri Yevgeni Primakov “Rossiya 24” telekanalına açıqlamasında Azərbaycan hakimiyyəti “Rossotrudniçestvo”nun ölkədəki nümayəndəliyinin hüquqi qeydiyyatının olmaması səbəbindən bağlanmasına etiraz edib:"Bu illər ərzində Rusiyanın Azərbaycan Respublikasındakı səfirliyimiz, nümayəndəliyimiz və Xarici İşlər Nazirliyi qeydiyyat prosesinə köməklik göstərilməsi xahişi ilə dəfələrlə Azərbaycanın Ədliyyə Nazirliyinə və Xarici İşlər Nazirliyinə müraciət edib. Biz buna hər zaman hazır olmuşuq, lakin müraciətlərimiz cavabsız qalıb. Tez bir zamanda mən onları ( BakuTV nəzərdə tutulur-red –Ə.R)məhkəməyə verəcəyəm”
Məsələyə rusiyalı politoloq, siyasi elmlər doktoru Mixail Aleksandrov da etinasız qalmayıb. Hələ tərəfdaş və dost ikən Azərbaycanı bombalağa çağırış edən bu ermənipərəst, şovinist rusun Paşinyanı Əliyevin Rusiyaya davranışından (Söhbət təyyarə qəzasına görə, Azərbaycan Prezidentinin israrla Kremlin üzürxahlıq etməsinə işarə vurur. red - Ə.R) istifadə edərək, Rusiya ilə yaxınlaşmaq və üstünlüklər, o cümlədən hərbi-siyasi sahədə üstünlüklər əldə etməməsini qınayıb.
Rusiyanın Yakutiya vilayətindən seçilmiş deputatı Sergey Mantsayevin Azərbaycana qarşı bilinməyən kin-küdurəti daha coşğun olub. Deputat Azərbaycanı bağlanan “rus evi”nə görə cəzalandırmağı hiddətlə tələb edir: Rusiyada olan bütün Azərbaycan vətəndaşlarının qovulması, Rusiya vətəndaşı olan azərbaycanlıların isə həbs edilib, "Novaya Zemlya"ya göndərilməsi təşkil edilməlidir. Birincisi, Rusiya vətəndaşı olmayan bütün azərbaycanlıları ölkədən çıxarmaq lazımdır. İkincisi, bütün diaspor üzvləri həbs olunmalı və "Novaya Zemlya"ya göndərilməlidir. Üçüncüsü isə biz Azərbaycan hakimiyyəti ilə daha möhkəm işləməliyik”.
Ritorikasında hədələyici ton olan deputat bununla ölkə prezidentinin “ağzı” olaraq danışdığı şübhə doğurmur.

P.S. Maraqlı olan odur ki, nə Rusiyanın şəhərlərini PUA-larla cəhənnəmə çevirən, 3 ildir Rusiya ordusunun burnunu ovan, əsgərini, texnikasını, ərazisini yerlə yeksan edən Ukrayna Prezidenti V. Zelenskiyə, nə də  KTMT-dən çıxan, silah-sursatı Rusiyadan yox Avropadan alan, ölkəsinin sərhədlərindən Rusiya ordusunu çıxaran Paşinyana   Rusiya Dövlət Dumasında bu qədər nifrət çıxışı edən, onu hədələyən olmayıb. Sizinlə olan dostluğun, tərəfdaşlığın... Olmaz olaydı...

  Əntiqə Rəşid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Fevral 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri