Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

KREMLİN BAKIDAKI “RUS EVİ” SANCISI Moskva Azərbaycana qarşı kampaniyaya Primakovun nəvəsini də qoşub

KREMLİN BAKIDAKI “RUS EVİ” SANCISI Moskva Azərbaycana qarşı kampaniyaya Primakovun nəvəsini də qoşub

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son dövrlər Azərbaycan mətbuatında Rusiyanın ünvanına səsləndirilən haqlı tənqidlər deyəsən, hədəfə dəyib. Kremlin bu tənqidlərə verdiyi reaksiya isə daha çox “soğan yeməmisən, için niyə göynəyir” məsəlinə uyğun gəlir…

Məlum olduğu kimi, Azərbaycan mətbuatında gedən son yazılardan və reportajlardan sonra Azərbaycanın Rusiyadakı səfiri Rusiya XİN-ə çağırılıb və bizim bəzi mətbu orqanlar bunu “malalamağa” çalışsalar da, səfirimizə faktiki olaraq, nota təqdim edilib. Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin səfir Rəhman Mustafayevə deyib ki, son günlər Azərbaycan mətbuatında Rusiyaya qarşı yayımlanan yazılar, eləcə də Bakıda fəaliyyət göstərən “Rus Evi”nə qarşı aparılan kampaniyalar” narahatlıq doğurub. Nazirlik bu yazıları dezinformasiya adlandıraraq, ittihamların guya heç bir əsasının olmadığını qeyd edib.

“Qatığa qara deməyə” adət edən və bütün tərəfdaş hesab etdiyi ölkələrdən də buna “amin” deməyi tələb edən Rusiyanın Azərbaycan səfirinə nota verməsi bir tərəfdən siyasi-diplomatik həyasızlığın, digər tərəfdən də acizliyin göstəricisidir. Çünki Azərbaycan mətbuatında Rusiyaya qarşı haqlı tənqidlərdən “içi göynəyən” Kreml nədənsə Rusiya mediasında, mərkəzi telekanallarında uzun ilərdir davam edən, Azərbaycan təyyarəsinin vurulmasından və rəsmi Bakının buna məntiqli reaksiyasından, etirazlarından sonra daha da şiddətlənən və hətta təhqir həddinə çatan anti-Azərbaycan təbliğatını görmür, kordur. Bu, Kremlin idbar təbliğat maşınının artıq öyrəşdiyimiz həyasızlığıdır. Ancaq Azərbaycan tərəfi nədənsə Rusiya səfirini çağırıb, ona bu barədə nota vermir, hansı ki, bunun da vaxtı çoxdan çatıb…

Belə görünür ki, mətbuatımızda gedən yazılarla bərabər xüsusilə Bakıdakı “Rus Evi”-nə dair reportaj və oranın casus yuvası olduğuna dair fikirlər Kremli daha çox qıcıqlandırıb. Bu, bir daha hədəfin düzgün seçildiyini göstərir.

Bu arada “Rus Evi”nin adının çəkilməsinə kəskin reaksiya verənlər arasında zamanında Azərbaycana qarşı olduqca ziyanlı, ermənipərəst mövqeyilə seçilmiş, 20 yanvar qırğınının əsas təşkilatçılarından biri, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru, Xarici İşlər naziri, Baş naziri vəzifələrini tutmuş, Rusiya şovinist və imperiyaçı ideologiyasının əsas simalarından biri sayılan Yevgeni Primakovun nəvəsi də var. Qeyd edək ki, babasının adını daşıyan və yolunu gedən Yevgeni Primakov yüksək rəsmi vəzifə tutur. O, Rusiyanın MDB, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri, üçüncü dərəcəli dövlət müşaviridir.

Həmin bu nəvə Primakov bəyanat yayıb ki, Azərbaycan media orqanlarını “Rus Evi” ilə bağlı materiallara görə məhkəməyə verəcəklər və artıq iddia ərizəsi hazırlanıb. Əlbəttə ki, Rusiyanın timsalında prezidenti Beynəlxalq Məhkəmə tərəfindən cinayətkar kimi axtarışa verilən bir ölkənin iri ranqlı məmurunun başqa bir ölkənin mediasını məhkəmə ilə hədələməsi də ayrıca bir maraqlı təhlil mövzusudur…

Maraqlıdır ki, Primakov öz bəyanatında eyni ittihamların Almaniya mətbuatı tərəfindən həmin ölkədəki “Rus Evi”-nə qarşı da səsləndirildiyini xatırladıb və buna görə alman mətbu orqanlarını məhkəməyə verdiklərini qeyd edib. Bununla da bir növ etiraf edib ki, bu cür “rus evləri”nin bütün dünyada agent yuvası olduğunu təkcə Azərbaycanda deyil, hər yerdə yaxşı bilirlər…

Əslində, Rusiyanın Azərbaycandakı casus şəbəkəsilə bağlı “Rus Evi”-nin adının çəkilməsi simvolik xarakter daşıyır. Axtaran olsa, sosial şəbəkələrdə, gündəlik həyatımızda rastlaşdığımız Azərbaycandakı “rusbaşlar”ın arasında çoxlu sayda aşkar rus agenti, yaxud bilərəkdən, ya bilmədən Rusiya təsir agenti olanları tapmaq olar. Bunun üçün onların heç “Rus Evi”ndə toplaşması lazım deyil. Peşəkar agentlərə və sıravi rusbaşlara Azərbaycandakı Rusiya səfirliyindən Rus Provaslav Kilsəsinə, rusdilli orta və ali məktəb auditoriyalarına, hətta bəzi yüksək vəzifəli məmurların kabinetlərinə, parlamentə qədər hər yerdə rast gəlmək olar. Rusiya kəşfiyyatının “iş prinsipləri”ndən xəbərdar olanların hamısı bütün bunları çox gözəl bilir… 

Rusiya tərəfinin səfirimizin çağırılması məsələsindəki acizliyinə gəlincə, görünən odur ki, Kreml artıq vaxtilə “bir sözünün iki edilə bilməyəcəyini” düşündüyü qonşu və “strateji tərəfdaş” adlandırdığı, özündən qat-qat kiçik dövlətlə bu cür rəsmi nota dilində danışmaq məcburiyətində qalıb. Digər rıçaqlarını itirib. Və bunun əsas günahkarı da Kremlin özüdür. Təyyarə olayında vaxtında günahını boynuna alıb üzr istəmək, günahkarları müəyyən edib cəzalandırmaq və kompensasiya ödəmək əvəzinə “ayı tərsliyi” və yekəxanalıq göstərməsi Moskvanın özünü pis vəziyyətə salıb. Nə qədər kütbeyinlik göstərsə və burnunun ucundan o yanı görməsə də, Azərbaycan və Türkiyənin əhəmiyyətini yaxşı anlayan Kreml indi vurulan AZAL təyyarəsi məsələsində dalana dirənərək, nə geri addım ata bilir, nə də irəli…

Təyyarə məsələsindən söz düşmüşkən, Rusiya XİN-in səfirimizin çağırılması ilə bağlı bəyanatında bir maraqlı məqam da var. Səfirimizlə söhbətdə əsas mövzu Azərbaycan mətbuatında Rusiya əleyhinə gedən yazılar olsa da, Rusiya tərəfi nədənsə vurulan təyyarəmizi də yada salıb. Rəsmi açıqlamada deyilir ki, “görüş zamanı həmçinin AZAL-a məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması məsələsi müzakirə edilib. Nazir müavini Mixail Qaluzin, faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılmasının və nəticələrin açıqlanmasının zəruri olduğunu vurğulayıb”. Bu o deməkdir ki, görüş zamanı böyük ehtimalla Azərbaycan səfiri susmayıb və görünür vurulan laynerlə bağlı məsələni qaldırıb. Buna görə də Kreml rəsmi bəyanatda bu məsələyə də yer verməli, izahatla çıxış etməli olub. Lakin “üzürü günahından betər” olan Rusiya tərəfi yenə də konkret mövqe bildirmək və özünə hörmət edən istənilən normal, sivil dövlətin(bir daha təsiq olunur ki, bu epitetlərin heç biri Rusiyaya aid deyil) atmalı olduğu addımları atmaq əvəzinə yenə “nala-mıxa vuraraq”, hər şeyin göz qabağında olduğu halda, “rəsmi araşdırmanın başa çatmasını” gözlədikərini bəyan edib.

Elədirsə, onlar gözləməklərində olsunlar. Əvəzində mətbuat da daxil olmaqla, Azərbaycandan layiq olduqları münasibəti də görməkdə davam edəcəklər…

E.Qüdrətoğlu

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Yanvar 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see382

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see318

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see294

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see291

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see259

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see254

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see248

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see244

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see229

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see220

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see207

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see206

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see205

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see205

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see178

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see140

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see133

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri