Icma.az
close
up
RU
““RUS EVİ” RUSİYANIN TƏSİR GÜCÜNÜ NÜMAYİŞ ETDİRİR” “Görünür, bu addım Kreml üçün gözlənilməz olub...”

““RUS EVİ” RUSİYANIN TƏSİR GÜCÜNÜ NÜMAYİŞ ETDİRİR” “Görünür, bu addım Kreml üçün gözlənilməz olub...”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Kəşfiyyat açıq şəkildə özünə yuva yaratmır. Hesab edirəm ki, “Rus evi” kəşfiyyat yuvası yox, kəşfiyyatın hədəf bilib artıq həyata keçirdiyi, Rusiyanın təsir gücünü nümayiş etdirən bir obyektdir”.

Bunu “AzPolitika”-ya şərhində təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl bildirib.

Onun sözlərinə görə, Qərb QHT-lər vasitəsilə müxtəlif ölkələrdə istədiyinə çatmaq siyasəti apardığı kimi, Rusiya da postsovet respublikalarında “Rus evi”, rus məktəbləri, gücü çatanda sovet simvolları - müharibə abidələri, sovet rejiminə xidmət edən ictimai-siyasi xadimlərin heykəlləri və s. ilə öz təsirini qorumağa çalışır: “Kəşfiyyat yalnız informasiya toplamır, həm də təbliğat şəbəkələri yaradır. Söhbət təsir imkanları olan şəbəkələrdən gedir. Yəni yalnız təsir agentləri deyil, təbliğata işləyən təsir obyektləri də xüsusi xidmət orqanlarının fəaliyyətinin tərkib hissəsidir”.

Azərbayanın Moskvadakı səfirinin 2 gün əvvəl Rusiya XİN-ə çağırılmasını xatırladan ekspert bildirib ki, rəsmi Bakı bu illərdə iki ölkə arasında münasibətlərə xələl gəlməməsinə çalışıb: “Baxmayaraq ki, Rusiya həm tarixən, həm də son illərdə, xüsusilə 44 günlük müharibədən sonrakı üç il ərzində Azərbaycanın maraqlarına əks olan siyasət sərgiləyib. Son təyyarə qəzasına Rusiyanın hədsiz sayqısız yanaşması isə, necə deyərlər, “bardağı daşıran son damla” oldu. Biz beynəlxalq hüquqa, təcrübəyə əsaslanan reaksiya gözləsək də, olmadı. Bu duruma tənqidi yanaşan Azərbaycan mediasının mövqeyi, görünür, Kreml üçün gözlənilməz olub və diplomatik etiraz qərarı verib. Hələlik diplomatik yolla. Rusiya Federasiyası bu gün nə qədər çətin dövrünü yaşasa da, imperiya ambisiyaları təfəkkürlərə hakim kəsildiyindən postsovet respublikası tərəfindən kiçik tənqidi belə sinirə bilmirlər”.

Azərbaycanda Rusiya kəşfiyyatının necə işlədiyi barədə sualı cavablandıran İlham İsmayıl vurğulayıb ki, onlar bütün postsovet məkanlarında bəlkə də başqa kəşfiyyatlardan fərqli olaraq daha güclüdür və bunun obyektiv səbəbləri var: “200 ildən artıq bu məkan Rusiya imperiyasının nəzarətində olub, əlaqələr bu gün də çox genişdir. Xüsusi xidmət orqanlarının mövcud durumdan daha asan yararlanmaq imkanları yaranır. Əgər İran üçün məxfi mənbənin informasiya daşıyıcısı olması önəmli deyilsə, sıravi evdar qadın belə onun üçün ideoloji hədəfdirsə, Rusiya üçün təsir imkanları güclü olan fiqurlar və təbii ki, məxfi informasiya daşıyıcıları daha önəmlidir. Kəşfiyyatın əsas prinsipi məxfilikdir, ona görə də fəaliyyətinə birmənalı qiymət vermək çətindir”.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Yanvar 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri