Icma.az
close
up
RU
“Bu, aktın sosial təsir gücünü aydın şəkildə nümayiş etdirir“ DEPUTAT DANIŞDI

“Bu, aktın sosial təsir gücünü aydın şəkildə nümayiş etdirir“ DEPUTAT DANIŞDI

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qəbul edilmiş amnistiya aktı Konstitusiya və Suverenlik İli çərçivəsində həyata keçirilən mühüm hüquqi-siyasi sənədlərdən biri kimi qiymətləndirilməlidir” Bu sözleri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

Onun sözərinə görə, bu akt yalnız hüquqi mexanizm olmaqla kifayətlənmir, eyni zamanda dövlətin cəmiyyətə, insan hüquqlarına və sosial ədalət prinsipinə yanaşmasının bariz ifadəsidir:
“Sənədin yüksək səviyyəli olması onun həm əhatə dairəsi, həm də daşıdığı ideoloji və hüquqi mahiyyətlə bağlıdır.

Mövcud məlumatlara əsasən, bu amnistiya aktı ölkə tarixində ən genişmiqyaslı amnistiya qərarlarından biri hesab olunur və təxminən 20 min nəfəri əhatə edəcəyi gözlənilir. Bu göstərici aktın sosial təsir gücünü və əhəmiyyətini aydın şəkildə nümayiş etdirir. Amnistiya yalnız cəzanın azaldılması və ya aradan qaldırılması mexanizmi deyil, eyni zamanda fərdlərə yenidən cəmiyyətə inteqrasiya olunmaq üçün verilən hüquqi və mənəvi bir şansdır.

Bu sənədin əsas məqsədlərindən biri cəza siyasətində humanist yanaşmanı gücləndirmək, cəmiyyətə qayıdan şəxslərin sosial adaptasiyasını təşviq etməkdir. Təcrübə göstərir ki, amnistiya aktları çox zaman cəmiyyətdə gözlənilən və ümidlə qarşılanan hüquqi qərarlar sırasında yer alır. Lakin eyni zamanda müşahidələr onu da göstərir ki, bu imkandan düzgün istifadə etməyən bəzi şəxslər sonradan yenidən cinayət törədirlər. Bu isə amnistiyanın mahiyyətinin yalnız hüquqi deyil, həm də sosial məsuliyyət məsələsi olduğunu ortaya qoyur.

Bununla yanaşı, amnistiya aktını düzgün dəyərləndirən şəxslər üçün bu qərar həyat yolunda dönüş nöqtəsinə çevrilə bilər. Belə şəxslər cəmiyyətə uyğunlaşaraq sosial faydalı fəaliyyətə yönəlir, nəticədə cinayət mühitinə qayıtmadan normal həyat tərzini davam etdirirlər. Bu aspektdən yanaşdıqda, amnistiya aktı təkcə fərdi talelərə deyil, ümumilikdə cəmiyyətin təhlükəsizliyinə və sosial sabitliyinə müsbət təsir göstərən bir mexanizm kimi çıxış edir.

Qeyd etmək lazımdır ki, bu amnistiya aktı eyni zamanda ölkə Prezidentinin ardıcıl şəkildə həyata keçirdiyi humanist siyasətin davamı kimi qiymətləndirilir. Dövlət başçısının təşəbbüsü ilə qəbul edilən bu kimi qərarlar hüquqi dövlət quruculuğu, insan hüquqlarının müdafiəsi və sosial ədalətin təmin edilməsi istiqamətində atılan addımların sistemli xarakter daşıdığını göstərir.

Konstitusiya və Suverenlik İli ilə əlaqələndirilən amnistiya aktı həm hüquqi, həm də ictimai baxımdan strateji əhəmiyyətə malikdir. Bu sənəd cəza siyasətində humanizm prinsipini ön plana çıxararaq, dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsinə və cəmiyyətin sosial sağlamlığının qorunmasına xidmət edir”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Dekabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri