Rus generala cənazə çələngi göndərildi
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı general-mayor Vitali Terekhinə cənazə çələngi göndərib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın "Mash" teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri sosial şəbəkə vasitəsilə iki moskvalıdan cənazə çələnginin qeyd olunan ünvana çatdırılmasını tələb ediblər. Bunun qarşılığında ruslara ödəniş edilib.
Kuryerlər çələngi general-mayorun ünvanına çatdırıblar. Nəticədə çələng Vitali Terekhinin yaxınları tərəfindən tapılıb və xüsusi xidmət orqanlarına məlumat verilib. Hadisə yerinə polis və bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər gəlib.
Kuryerlər kameralar vasitəsilə müəyyən edilib və hazırda onlar axtarılır.
Vitali Terekhin “Şücaət” ordeni, həmçinin “İgidliyə görə” medalı ilə təltif olunub. 2024-cü ilin mayında Rusiya lideri Vladimir Putinin sərəncamı ilə ona general-mayor rütbəsi verilib.
Gülayə Mecid
Baxış sayı:143
Bu xəbər 28 Yanvar 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















