Icma.az
close
up
RU
Rus hərbçiləri öz döyüş yoldaşlarını BELƏ ÖDÜRÜR ŞOK FAKTLAR

Rus hərbçiləri öz döyüş yoldaşlarını BELƏ ÖDÜRÜR ŞOK FAKTLAR

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) Rusiya Silahlı Qüvvələrinin cəbhə xəttində qeyri-adi və dəhşətli davranışlarını sənədləşdirməyə davam edir.

News24,az Mİnval.az-a istinadən xəbər verir ki, Almaniyanın BILD nəşrinin hərbi müşahidəçisi Julian Röpke yazır ki, dron vasitəsilə çəkilən bir neçə videoda rus əsgərlərinin yaralı yoldaşlarını bilərəkdən öldürdüyü açıq şəkildə görünür.

Son yayımlanan videolardan birində səngərdə uzanan və qollarını hərəkət etdirərək sağ olduğunu göstərən yaralı rus əsgərinə yaxınlaşan döyüşçü onu müayinə etdikdən sonra tüfəngin qundağı ilə baş nahiyəsinə üç dəfə zərbə endirərək öldürür.

Oxşar hadisə 2024-cü ilin iyun ayında qeydə alınıb. Kamikadze dron hücumu nəticəsində yaralanan bir rus əsgəri yerə yıxılıb, onun yaxınlığındakı digər əsgər isə onu başından vuraraq hadisə yerindən uzaqlaşıb. Belə görüntülər daha əvvəl 2024-cü ilin oktyabrında, eləcə də 2025-ci ilin martında da qeydə alınıb.

Ekspertlərin fikrincə, bu cür davranışlar cəbhədə sistemli problemlərdən qaynaqlanır. Julian Röpke bildirir ki, əsas səbəblərdən biri evakuasiya infrastrukturunun tamamilə çökməsi və yaralıların çıxarılması üçün heç bir planın olmamasıdır.

Pokrovsk bölgəsindən olan ukraynalı əsgərin sözlərinə görə, rus bölmələri üçün “yalnız bir yol var – irəli”. Əgər bir döyüşçü yaralanarsa və özü geri dönə bilməzsə, onu ya oradaca ölüm gözləyir, ya da öz silahdaşları tərəfindən məhv edilir.

Müharibə hüququ və insanlıq prinsiplərinə zidd olan bu praktikanın geniş yayıldığı ehtimal olunur. Ukrayna tərəfi bildirir ki, rus ordusunda ciddi əsgər çatışmazlığı, intizamsızlıq və komanda zəifliyi bu cür amansız qərarları zərurətə çevirir.

Hazırda beynəlxalq insan hüquqları təşkilatlarının bu görüntüləri və faktları araşdıracağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 İyul 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri