Icma.az
close
up
RU
“Wi fi” bədənimizi belə zəhərləyirmiş ŞOK FAKTLAR

“Wi fi” bədənimizi belə zəhərləyirmiş ŞOK FAKTLAR

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Modern  dövrdə “Wi-fi” texnologiyası interneti xeyli sayda istifadəçi üçün daha əlçatan və  yaxın edib.  Belə ki, internet olan hər evdə kabelsiz bağlantı (Wi-Fi)  demək olar  ki, standart halını alıb. “Wi-fi” kəşf olunanda çoxlarımız bunu sevinclə qarşılasaq da, alimlərin araşdırmaları göstərdi ki, simsiz rabitə vasitəsinin üstün tərəfləri qədər, cana ziyanı da varmış. Hər birimizin  evində “Wi-fi” əsas daşıyıcısı olan  modem  qurğuları var. Hətta  internet  sürətinin  daha sürətli və tez  ötürülməsi  məqsədilə imkanları geniş olan  2 və ya  3  antenalı modemlərdən istif  adə  edirik. Bəzən  isə həcmi  böyük olan idarə  və təşkilatlarda çoxlu  modemlər yerləşdirilir. Bu  isə həmin  elektromaqnit  dalğalarının  əsas daşıyıcıların  insan orqanizmi  üçün yaratdığı riski  daha da artırmış olur.

“Milli.az”da yer alan araşdırmaya əsasən 5 yaşlı uşağın bədəninə ətrafdakı elektromaqnit dalğaları böyüklərdən 60 faiz çox hopur. Hətta şüalanma səbəbi ilə uşaqların sümük iliyi xəstəliyinə tutulması da böyüklərdən 10 dəfə çoxdur. Beynəlxalq Xərçəng Xəstəliyi Araşdırmaları Agentliyi də elan edib ki, mobil rabitə vasitələrində istifadə olunan radiotezliklər insan bədəni üçün xərçəng xəstəliyini əmələ gətirən potensial vasitədir.

“Wi-fi” insan sağlamlığı üçün potensial təhlükədir:  istifadə edilməyəndə modemi söndürmək məsləhətdir. Çünki  açıq qalan modem evdə elektromaqnit dalğaların yaranmasına səbəb olur. Alimlərin apardığı araşdırmalara görə, “Wi-fi” yuxu problemi, ürək döyünməsi, miqren, ümumi zəiflik yaradır. Hətta bu xəstəliklərin hamısının bir arada olmasına da səbəb olur. Elektromaqnit şüaları şişlərin yaranmasına, yaddaş pozğunluğuna və beyinə zədə vuracaq digər nəticələrə də gətirib çıxarır. Bu şüalar insanın təbii enerji sahəsinə ziyan vurur, stresə səbəb olur, ürək bulanması, baş ağrısı, yorğunluq yaradır.

“Wi-fi”dan müntəzəm olaraq istifadə edən insanlarda bu kimi pozulmaların   mümkün olduğunu qeyd edirlər:

Baş beyini- kəllədaxili təzyiqin qalxması, trombların və digər təhlükəli patologiyaların inkişafı.

Sinir sistemi- halsızlıq, yuxululuq, iş qabiliyyətinin azalması.

Uşaqlar- inkişafda olan orqanizmi üçün bu şüalar daha ziyanlı sayılır.

Hamilə qadınlar- “Wi-fi” şüalarından uzaq olmağı, internetdən az istifadə etməyi tövsiyə edirlər.

Bu şüaların təsirinin artıb azalması müəyyən proseslərdən asılıdır. Buraya şüa mənbəyindən hansı məsafədə oturmağın, immun sisteminin necə inkişaf etməsi, hansı yaş dövründə olmağın birbaşa təsir edən amillərdəndir.

“Wi-Fi”dan az zərər çəkmək üçün aşağıdakıları etmək məsləhət görülür:

“Wi-Fi” aparatını insanın daha çox vaxt keçirdiyi yerlərdən (çarpayı, stol, divan) ən azı 1 metr uzağa qoymalı

Böyük həcmdə faylları və videoları yalnız internetin sürəti yaxşı olduğu zaman yükləyin (əks halda, işləmək üçün əlavə güc sərf edən aparat daha çox şüa buraxır)

Modemdən istifadə etmədikdə söndürün, əks halda, o yenə də şüa yayacaq

Yatdığınız otaqda modem qoymayın.

Sağlamlığınıza  təsirsiz  ötüşməyən  müasir  texnoloji vasitələrdən  aşırı dərəcədə istifadə etməyin. Onları həm özünüzdən, həm  də gözünüzdən uzaqda tutun.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 May 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri