Rus işğalçıları iki Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya işğalçı qüvvələrinin nümayəndələri Kareli bələdiyyəsinin Dirbi kəndi yaxınlığında işğal altındakı ərazidə iki Gürcüstan vətəndaşını qanunsuz həbs ediblər.
24News.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
DTX-dən verilən məlumata görə, faktla bağlı dərhal “qaynar xətt” işə salınıb, Avropa İttifaqının monitorinq missiyasına və Cenevrə beynəlxalq müzakirələrinin həmsədrlərinə məlumat verilib.
Bildirilir ki, qanunsuz olaraq həbs edilən vətəndaşların azad edilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə edilir. Baş verənlərin məsuliyyəti isə tamamilə işğalçı rejimin üzərinə düşür.
Bu mövzuda digər xəbərlər:Rus işğalçıları tərəfindən saxlanılan iki Gürcüstan vətəndaşı azad edilib
19 Fevral 2025 09:36
Gürcüstan Türkiyə vətəndaşını ölkəmizə verəcək
25 May 2026 11:12
Polşa yüzlərlə Gürcüstan vətəndaşını deportasiya edir
19 İyul 2025 00:45
Ukraynalılar rus işğalçıları bu kəndlərdən qovdular
06 Avqust 2025 12:19
Baxış sayı:111
Bu xəbər 17 Fevral 2025 04:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















