Icma.az
close
up
RU
Rus liberalları gələcəyimizin düşmənləridir? Azər Rəşidoğlunun şərhi

Rus liberalları gələcəyimizin düşmənləridir? Azər Rəşidoğlunun şərhi

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Putin bizim indiki zamanımızın düşmənidir, rus liberalları isə bizim gələcəyimizin düşmənləridir. Əgər onlardan udmurtların, başqırdların, Qafqaz xalqlarının taleyi, onların tarixi gələcəyi barədə soruşsan, onların buna cavabı yoxdur. Əgər cavab verirlərsə də, o cavab yalandır". 

Qaynarinfo xəbər verir ki, bunu pravda.com.ua-ya müsahibəsində ukraynalı filosof və publisist Vaxtanq Kebuladze deyib. 

Bəs Kebuladze liberallar haqda niyə bu qənaətdədir?

Siyasi şərhçi Azər Rəşidoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, Rusiyada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, bu ölkədə ictimai dəstək qazanmağın bir yolu var - orta statistik rusun imperiyaçı təfəkkürünü yemləmək:

"Rusiya vətəndaşı ac qalmağa razıdır, lakin imperiya maraqlarının zərər görməsinə dözə bilmir. Rusiyada bir qayda olaraq xaos və inqilablar o zaman baş verir ki, ölkə xarici müstəvidə məğlubiyyətə uğrayır, rusların imperiyaçı təfəkkürü zərbə alır".

Siyasi şərhçi hesab edir ki, yüz illərdir Rusiyada imperiyaçı təfəkkür maşını işləyir:

"Heç bir lider bu maşını saxlamağa qadir deyil. Rusiya müxalifətinin lideri olan Navalnı da bütün siyasətini qeyri-ruslara nifrət üzərində qurmuşdu. Ölkənin ilk prezidenti Yeltsinin dövründə çeçen xalqına divan tutuldu. Rusiyada liberal-mühafizəkar düşərgələri ayrı-ayrı oliqarxların maraqları üzərində qurulub. Nə qədər ki, Rusiya xarici müstəvidə acınacaqlı məğlubiyyətə uğramayıb, bu, belə də davam edəcək".

Azər Rəşidoğlu hesab edir ki, Putin onun maraqlarına xidmət etməyən, Qərblə əlaqələri olan oliqarxiyanı sıradan çıxardıb:

"Əslində, Kremlin indiki sahibinin alternativi hərbi gücdür. Necə ki, vaxtilə marşal Tuxaçevski Stalini devirib, ölkədə hərbi diktatura qurmaq istəyirdi, indi də məğlub generallar bütün günahı Putinə yükləyib, ölkəni daha sərt şərtlərlə idarə etmək niyyətində düşə bilərlər, lakin heç kəs imperiyaçı təfəkkürdən imtina etmək niyyətində olmayacaq".

Təhlilçi hesab edir ki, Rusiya icma təfəkkürü ilə idarə olunur:

"Qərb fərdi şüur, fərdin azadlığı ideyasını rəhbər tutur. Qərbdə həyat tərzi, idarəetmə üsulu fərdin azadlığı üzərində qurulub. Rusiyada isə fərdi azadlıqlar yoxdur və istənilən rəhbər fərdə nifrətini nümayiş etdirir. Onu da unutmaq olmaz ki, Rusiyada liderlər sistemin sadəcə bir vintidir. Mövcud sistem özü lideri yaradır və bu sistem əsl liberal lider yetişdirə bilməz".

Azər Rəşidoğlu hesab edir ki, Rusiyada əsrlərdir oturuşmuş sistemin laxladılması uzun zaman alacaq.

Siyasət şöbəsi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 İyun 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri