Icma.az
close
up
RU
Rus ordusu mayın 9 dək Dnepropetrovsk vilayətini işğal etmək istəyir

Rus ordusu mayın 9 dək Dnepropetrovsk vilayətini işğal etmək istəyir

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Rusiya ordusu Ukraynada müharibəyə başlayandan Donetsk vilayətindən Ukrayna prezidenti Vladimir Zelenskinin doğulduğu Krivoy Roqun da daxil olduğu qonşu Dnepropetrovsk vilayətinə keçə bilməyib.
Reyting.az
“Times” nəşrinə istinadla bildirir ki, mayın 9-u yaxınlaşdıqca Rusiya lideri Vladimir Putin xalqına Ukrayna üzərində qələbə təqdim etmək istəyir.
Ukrayna hərbi rəsmilərinin fikrincə, Putin çalışır ki, Moskvadakı Qırmızı meydanda podiuma qalxana qədər Dnepropetrovsk vilayəti ərazisində rus əsgərlərinin görünməsini təmin etsin.
Ukraynanın 72-ci briqadasının pilotsuz sistemlər batalyonunun komandiri polkovnik Andrey Nazarenkonun sözlərinə görə, regional sərhəddən cəmi bir neçə kilometr aralıda Kreml Dnepropetrovsk vilayəti üçün hər gün yüzlərlə əsgərini qurban verir. “Düşmən təzyiqi kəskin şəkildə artırıb, gecə-gündüz hücum edir”, - o vurğulayıb.
Nazarenko bildirib ki, rus qoşunları döyüş meydanında hərəkət etmək üçün motosiklet və avtomobillərdən istifadə edir. Bu, onlara daha çox manevr imkanı verir: “Onlar böyük itkilər verirlər, lakin bunu nəzərə almırlar”.
Məlumata görə, eyni mənzərə bütün Donetsk vilayətində müşahidə olunur.
Bundan əlavə, media Rusiyanın sərhədi keçmək cəhdinin bütün Donetsk vilayətində mərmilərin və pilotsuz təyyarələrin hücumlarının kəskin artması ilə müşayiət olunduğunu yazır. Ukraynalı analitiklərin fikrincə, qoşunlar regional sərhədi keçə bilsələr belə, bu, dərhal strateji irəliləyiş olmayacaq və Putin üçün yalnız simvolik əhəmiyyət daşıyacaq.
“Bu, sadəcə, xəritədəki xətdir, yaşayış məntəqəsi və ya çay deyil. Bunun heç bir hərbi mənası yoxdur”, - Xortitsa əməliyyat-strateji qrupunun mətbuat katibi Viktor Trequbov bildirib.
E. KAMAL
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://reyting.az
archiveBu xəbər 07 May 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see180

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see159

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see157

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see136

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see134

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri