Icma.az
close
up
RU
“Rusiya Dnepropetrovsk vilayətini ələ keçirmək istəyir” Zelenski

“Rusiya Dnepropetrovsk vilayətini ələ keçirmək istəyir” Zelenski

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya ordusu cəbhənin müxtəlif istiqamətlərində hücum cəhdlərini davam etdirsə də, Ukrayna Silahlı Qüvvələri bu hücumların qarşısını alır və mövqeləri qoruyur. 

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, Rusiya ordusu irəliləyə bilmir və mütəmadi olaraq ağır itkilər verir: “Onlar irəliləmir. Bizim əsgərlər üçün orada çox çətindir. Amma ruslar üçün də çətindir. Rus xalqı müharibə istəmir, yalnız onların rəhbərliyi bunu istəyir. Onlar daha çox qüvvə ilə gəlirlər, daha böyük təzyiq və mobilizasiyaları var. Bu da riskləri artırır. Amma ciddi bir uğurları yoxdur, çünki başa düşürlər ki, cavab alacaqlar".

Zelenski bildirib ki, ruslar xüsusilə informasiya müharibəsinə diqqət yetirirlər. O, qeyd edib ki, Pokrovsk şəhərində bir neçə dəfə şəhərə daxil olmağa çalışsalar da, Ukrayna ordusu onları dərhal məhv edib.

Prezident Sumı istiqamətində vəziyyətin bir qədər yaxşılaşdığını, lakin Pokrovsk, Xarkov və Kupyansk bölgələrində təzyiqlərin davam etdiyini qeyd edib. Onun sözlərinə görə, Rusiya üçün şərti uğur kimi təqdim olunan əsas istiqamət isə Dnepropetrovsk vilayətidir:“Onlar üçün şərti uğur Dnepropetrovsk vilayətidir. Çünki bu istiqamətdən informasiya zəfərləri düzəldə bilirlər. Orada da Pokrovskda olduğu kimi vəziyyətdir – sadəcə açıq sahədir, orada dayanan yoxdur. Əsgərlər arxa mövqelərdə dayanıb, düşməni dərhal məhv edirlər".

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 İyul 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri