Rus ordusu "Banderol"la zərbə endirməyə başladı
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya qüvvələri Çerniqov vilayətinə "Banderol" tipli yeni reaktiv dronlarla zərbələr endirməyə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Çerniqov Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus Feysbuk hesabında məlumat verib.
O bildirib ki, "Banderol" tipli dronlar pilotsuz uçuş aparatı ilə qanadlı raketin hibrididir və saatda 650 km-ə qədər sürət yığa bilir. Bu səbəbdən onları hava hücumundan müdafiə (HHM) vasitələri ilə zərərsizləşdirmək xeyli çətindir.
Çausın sözlərinə görə, avqustun 3-də Çerniqov vilayəti "Banderol" dronlarının kütləvi hücumuna məruz qalıb. Nəticədə Çerniqov, Priluki, Novqorod-Siverski şəhərlərində və vilayətin bir neçə icmasında müəssisələr, logistika obyektləri və kritik infrastruktur hədəfə alınıb. Bu isə müəssisələrdə yanğınlara səbəb olub, istehsalat sexi və anbar tamamilə yanaraq məhv olub.
Çaus əlavə edib ki, Prilukidə anbarlara və logistika şirkətinə edilən hücumlar nəticəsində təxminən 10 yük avtomobili və eyni sayda qoşqu məhv edilib. Novqorod-Siverski şəhərində və ətraf kəndlərdə isə rabitə obyektləri, inzibati binalar və fərdi yaşayış evləri zədələnib. Hücum nəticəsində bir mülki şəxs yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 04 Avqust 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















