Sabirabadda evdə yanğın zamanı ölənlərin şəxsiyyəti məlum olub YENİLƏNİB
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın zamanı ölənlərin şəxsiyyəti məlum olub.
Redaktor.az xəbər verir ki, bunlar Muğan Gəncəli kənd sakinləri; 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, 2002-ci il təvəllüdlü İmanov Safalı Qorxmaz qızı, 2020-ci il təvəllüdlü İmansoy Osman bəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızıdır.
Faktla bağlı araşdırma aparılır.
07:23
Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.
Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.
Əlavə məlumat veriləcək (Report).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 04 İyun 2025 09:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















