Icma.az
close
up
RU
Rus qaçaqmalçılar sanksiyalara baxmayaraq Avropadan lüks avtomobillər gətirir FT

Rus qaçaqmalçılar sanksiyalara baxmayaraq Avropadan lüks avtomobillər gətirir FT

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyalı qaçaqmalçılar sanksiyalara məruz qalmış avtomobilləri Avropadan ölkəyə gətirməklə ciddi gəlir əldə edirlər. Varlı rusiyalılar lüks avtomobillər üçün on minlərlə avro ödəməyə hazırdır.

Qaynarinfo xəbər verir ki, "Financial Times"ın araşdırmalarına görə, beş rus şirkəti Avropadan avtomobillərin qaçaqmal yolu ilə idxalını təklif edir.

Məsələn, "Auto.ru" saytında "Avtoimport" adlı rus idxalçısının BMW 530 d M Sport avtomobilini 68 200 ABŞ dollarına satışa çıxardığı bildirilir. Fotolardan avtomobilin hələ Almaniyada olduğu görünür. Dekabrın ortalarına qədər həmin avtomobil Almaniyanın "Autopartner BGL" şirkəti tərəfindən 31 900 avroya satılırdı. Şirkətin nümayəndəsi bildirib ki, avtomobil Almaniyada qalır və həmin tarixə qədər satılmayıb.

Jurnalistlər rus saytında 25 müxtəlif alman avtosalonundan olan 50-dən çox lüks avtomobili tapıb. Bu avtomobillər orta hesabla 19 000 avro qiymət fərqi ilə təklif olunur.

Qaçaqmalçılar avtomobillərin əvvəlcə üçüncü ölkələrə göndərildiyini bildirirlər. FT-nin araşdırması göstərir ki, qara rəngli "Mercedes-Benz S350" avtomobili 2024-cü ilin yanvarında almaniyalı "Kessler&Haag" treyderindən Qırğızıstan taksi şirkətinə satılıb, mart ayında isə Moskva taksi şirkətinə qeydiyyata alınıb.

"Avtoimport" nümayəndəsi isə avtomobillərin Belarus deyil, Türkiyə və Gürcüstan üzərindən gətirildiyini bildirib. O əlavə edib ki, hazırda bahalı avtomobilləri Cənubi Koreya vasitəsilə gətirmək daha sərfəlidir, çünki bu ölkə Rusiyaya qarşı minimal sanksiyalar tətbiq edib.

Buna baxmayaraq, FT bəzi avtomobillərin Belarus vasitəsilə gətirildiyini də müəyyən edib. Məsələn, "Gruma Automobile" tərəfindən satıldığı iddia edilən "Mercedes-Benz E220D" avtomobili sentyabr ayında Avropa İttifaqının xarici sərhədini keçərək Belarus vasitəsilə Rusiyaya gətirilib. Şirkət bu avtomobili satmadığını və sanksiyaya məruz qalmış ölkələrdə fəaliyyət göstərmədiyini bildirib.

Alman avtomobil satıcılarının bəziləri avtomobillərinin Rusiyada satıldığından xəbərsiz olduqlarını bildirirlər. Məsələn, "Autohaus Reisert" şirkətindən Markus Klapper qeyd edib ki, avtomobillərin şəkilləri və məlumatları vasitəçilər tərəfindən surətlənərək daha yüksək qiymətlərlə təklif olunur.

Aİ rəsmiləri lüks avtomobillərin Rusiyaya keçdiyini bilsələr də, əsas diqqəti daha təhlükəli mallarla bağlı sanksiyaların icrasına yönəldirlər.

Sanksiyaların yan keçilməsi - Lüks avtomobillər Moskvaya necə çatır?

Rusiyada Avropa istehsalı olan lüks avtomobillərin alınması hələ də mümkündür. Bu məsələdə əsas rol oynayan ölkələrdən biri Gürcüstan və Mərkəzi Asiyanın bəzi ölkələridir.

"The Times" qəzetinin müşahidəçisi Ed Konvey yeni "Range Rover" avtomobilinin Solihalldan Rusiyaya necə çatdırıldığını araşdırıb. O qeyd edir ki, Moskvanın sanksiyalardan yayınma taktikası Pekin tərəfindən yaxından izlənilir və bu, Tayvan məsələsindəki potensial gərginlik fonunda təhlükəli ola bilər.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Dekabr 2024 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri