Avropadan İrana yollandı
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Vissam Ben Yedder özünə yeni klub tapıb.
"Football-plus.az" xəbər verir ki, Fransa yığmasının sabiq futbolçusu Avropanı tərk edib.
Maraqlıdı ki, Vissam karyerasını İranda davam etdirəcək. 34 yaşlı hücumçu “Sepahan”a keçib. Eyniadlı klubun rəsmi saytının məlumatına görə, Ben Yedder ilə müddəti mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə bağlanıb.
Onun sonuncu klubu “Monako” olub. Təcrübəli futbolçu 2019-cu ildən şərəfini qoruduğu “knyazlıq klubu”ndan ötən yay ayrılandan sonra klubsuz qalmışdı. Vissamın ötən ilin noyabrında cinsi təcavüzdə təqsirli bilindiyindən iki il şərti həbs cəzasına məhkum edildiyini də bildirək.
Yeri gəlmişkən, Sepahan” hazırda İran çempionatında 24 oyuna 49 xalla 2-ci yerdədi. Turnir cədvəlinə isə 23 oyuna 51 xal qazanan “Traktor” başçılıq edir.
Baxış sayı:64
Bu xəbər 03 Aprel 2025 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















