Icma.az
close
up
RU
Rus təhdidinə qarşı təlim keçmiş Amerika pilotları Putini qoruyacaq

Rus təhdidinə qarşı təlim keçmiş Amerika pilotları Putini qoruyacaq

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin 10 ildən sonra ilk dəfə ABŞ-yə getməyə hazırlaşır. Cəmi iki həftə əvvəl Rusiya qırıcılarını qarşılayan Amerika hərbi təyyarələri bu dəfə Kremlin liderini ABŞ torpaqlarına qədər müşayiət edəcək.


Sherg.az xəbər verir ki, Kanada Kral Hərbi Hava Qüvvələrinin keçmiş general-mayoru Skott Klansi "Newsweek"-ə açıqlamasında belə deyib:

“Şimal Amerikanı, Rusiyanın bu il üç dəfə etdiyi kimi hərbi hava məkanını pozmalardan qorumaq üçün istifadə olunan hava müdafiə sistemi bu dəfə Rusiya Prezidentini qoruyacaq. Bu, maraqlı bir ironiya.”

ABŞ və Kanadanın ortaq hərbi strukturu olan Şimal Amerika Hava Müdafiə Komandanlığı (NORAD) qitənin hava təhlükəsizliyini təmin edir.

ABŞ üçün bu missiyaya materiklə yanaşı Alyaska da daxildir. NORAD qırıcıları 22 iyulda Alyaska Hava Müdafiəsi Tanıma Zonasında (ADIZ) Rusiyaya məxsus Tu-95 bombardmançı təyyarələrini və Su-35 qırıcılarını qarşılamışdı.

Putin cümə günü Alyaskada ABŞ Prezidenti Donald Trampla görüşərkən fövqəladə təhlükəsizlik tədbirləri görüləcək.

NORAD Alyaska Regionunun keçmiş komandan müavini Klansi bildirib ki, bu zirvə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən “xüsusi təhlükəsizlik protokolu” çərçivəsində qiymətləndiriləcək.

Qaydalara zidd hərəkət edən təyyarələr aşkarlandıqda NORAD-ın radar, peyk və qırıcı təyyarələrdən ibarət “qatlı müdafiə şəbəkəsi” işə düşəcək. Şübhəli hava vasitələri qarşılanacaq və lazım gələrsə qırıcılarla müdaxilə ediləcək.

Putinin Alyaskaya Rusiya hərbi eskortu olmadan gələcəyi gözlənilir. Lakin Klansi bildirib ki, zərurət yaranarsa, ABŞ və Rusiya qırıcıları koordinasiyalı şəkildə Rusiya liderinin təyyarəsinə müşayiət edə bilər.

Putinin təhlükəsizliyi ABŞ Gizli Xidmətinin məsuliyyətində olacaq. Gizli Xidmət yalnız ABŞ Prezidentini deyil, ölkəni ziyarət edən xarici liderləri də qoruyur. Putinin öz təhlükəsizlik qrupu da yanında olacaq.

ABŞ Gizli Xidməti “Prezidentin təhlükəsizliyi bizim üçün ən yüksək prioritetdir” deyərək əməliyyat üsulları barədə açıqlama verməyib.

Bering boğazında Rusiyadan cəmi 3 km məsafədə yerləşən Alyaska, ABŞ-nin Rusiya qarşısındakı ən ön xəttidir. Ştatda dünyanın ən sıx 5-ci nəsil qırıcı təyyarə donanması mövcuddur.

Ankoricdəki JBER bazasında F-22 Raptorlar, Ferbanksda isə F-35-lər yerləşdirilib. Həmçinin E-3 AWACS kəşfiyyat təyyarələri və uzun mənzilli yanacaq dolduran təyyarələr bu bazalardan fəaliyyət göstərir.

NORAD yalnız Rusiyadan deyil, Çindən qaynaqlanan təhdidlərə qarşı da bölgədə patrul uçuşları həyata keçirir.

Ötən il Çinə aid H-6 bombardmançıları Rusiyaya məxsus Tu-95-lərlə birlikdə Alyaskaya yaxın uçmuş, buna cavab olaraq F-16, F-35 və Kanada CF-18 təyyarələri havaya qalxmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Avqust 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri