Icma.az
close
up
RU
Amerika Erməni Assambleyası sülhə qarşı

Amerika Erməni Assambleyası sülhə qarşı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Erməni diasporu və lobbisi yenə prosesə əngəl yaradır

Amerikada və dünyanın dörd bir yerində yaşayıb fəaliyyət göstərən erməni diasporunun nümayəndələri təxribatçı əməllərindən qalmırlar. Onlar beynəlxalq platformalarda Azərbaycana qarşı qarayaxma kampaniyaları aparır, yalan məlumatlar yaymaqla ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Həmçinin, sosial şəbəkələr üzərindən müxtəlif dillərdə dezinformasiyalar paylaşaraq Bakı Hərbi Məhkəməsində mühakimə olunan separatçıları “hərbi əsirlər” adlandırır, onların “hüquqlarının pozulduğu” görüntüsünü yaratmağa cəhd edirlər.

Eyni zamanda, erməni diasporu müxtəlif ölkələrin qanunverici orqanlarına təzyiqlər göstərməklə Azərbaycana qarşı sanksiya və ya qətnamələrin qəbuluna çalışırlar. Onlar bu məqsədlə külli miqdarda vəsait xərcləyirlər. Bu fəaliyyətin əsas məqsədi isə nifaq toxumu səpmək, regionda yaranmaqda olan sülh və əməkdaşlıq mühitinə zərbə vurmaqdır.

Bugünlərdə Amerika Erməni Assambleyası həmsədrlərinin Dövlət katibi Marko Rubioya etdikləri müraciəti də bu kontekstdə nəzərdən keçirmək lazımdır. Onlar öz xislətlərinə sadiq qalaraq müraciətlərində separatçıları “Bakıda qanunsuz saxlanılan erməni əsirlər” adlandırıblar. Assambleyanın yaydığı məlumatda qeyd olunub ki, Prezident Donald Trampın iyulun 15-də Ağ Evdə NATO-nun Baş katibi Mark Rutte ilə Ermənistan və Azərbaycan arasında sülhün əldə oluna biləcəyinə dair söylədiklərini nəzərə alaraq, Amerika Erməni Assambleyasının həmsədrləri Oskar Tatosyan və Talin Yakubyan ABŞ Dövlət katibi Marko Rubioya məktub göndərərək, Azərbaycan tərəfindən saxlanılan “bütün əsirləri” (?), o cümlədən “Qarabağın siyasi liderlərini” (?) azad olunmasına çağırıblar. Onlar həmçinin Qarabağa geri qayıtmaq hüququnu təmin etməyə səsləyiblər.

Təxribatçı məktubda “Artsax ermənilərinin qayıtmaq və mədəni mövcudluq hüququ”nun “həll edilməmiş qaldığı” vurğulanır. Birləşmiş Ştatlar “təhlükəsiz, könüllü və ləyaqətli qayıdış” da daxil olmaqla “ədalətli və düzgün nizamlamada” iştirak etməyə çağrılır.

Bundan əlavə, kağız parçasında vurğulanır ki, tam davamlı sülh Ermənistan Respublikası üçün etibarlı təhlükəsizlik təminatlarını, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisindən tam çıxarılmasını (?), habelə hər hansı razılaşmanın pozulmasının aydın nəticələrini ehtiva etməlidir.

Qeyd edək ki, bu, Amerika Erməni Assambleyasının il ərzində M.Rubioya ünvanladığı ikinci məktubdur. Qurum bu ilin fevralında da ABŞ Dövlət katibinə məktub ünvanlamışdı. Həmçinin, həmsədrlər ilin əvvəlində Prezident Trampa məktub yazmışdılar. Həmin məktubda da “erməni girovlar”ın dərhal azad edilməsi, erməni xalqına etibarlı təhlükəsizlik təminatlarının verilməsi, Azərbaycan sülh sazişini pozarsa (?) sərt tədbirlərin görülməsi və “Artsax” ermənilərinin geri qayıtmaq hüququnun təmin olunması tələb edilirdi.

***

Məlumat üçün bildirək ki, Amerika Erməni Assambleyası ABŞ-da fəaliyyət göstərən və dünyada ən tanınmış erməni diaspor təşkilatlarından biridir. 1972-ci ildə yaradılmış bu qurumun qərargahı Vaşinqtonda yerləşir və qeyri-kommersiya, qeyri-partiya yönümlü təşkilat kimi fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi ABŞ və dünya ictimaiyyətində erməni maraqlarının təbliği, Ermənistan və erməni diasporunun mövqelərinin gücləndirilməsidir. Qurum ABŞ Konqresində erməni maraqlarını qorumaq üçün davamlı lobbi fəaliyyəti həyata keçirir. Bu çərçivədə ABŞ-ın Ermənistana maliyyə yardımlarının ayrılması, qondarma “erməni soyqırımı” iddialarının tanıdılması əsas məsələlərdəndir. Qarabağdakı keçmiş separatçı rejimə dəstək də bu çərçivədə xüsusi yer tuturdu. Göründüyü kimi, indi həmin dəstək başqa formada davam etdirilir. Təşkilat Amerika və beynəlxalq KİV-lərdə, eləcə də sosial media platformalarında ermənilərin maraqlarına uyğun xəbərlərin yayılması, Azərbaycan və Türkiyə əleyhinə kampaniyaların təşkili ilə məşğuldur. Bu qurum illər uzunu müxtəlif qərəzli hesabatlar və bəyanatlar yayaraq Azərbaycanda ermənilərin “etnik təmizləməsi” və ya “onların hüquqlarının pozulması” kimi iddiaları irəli sürür. Bu məlumatlar sübut olunmamış və ya təhrif edilmiş “faktlara” əsaslanır. Təşkilat sistemli şəkildə Türkiyəyə qarşı qondarma “soyqırımı” ittihamlarını beynəlxalq hüquq və real tarixə zidd formada gündəmdə saxlayır. Qurum müxtəlif təqaüd proqramları, yay təcrübə kursları (xüsusilə Vaşinqtonda), araşdırma layihələri və seminarlar vasitəsilə yeni nəsil erməni lobbiçilərin yetişdirilməsinə çalışır.

Onun fəaliyyəti əsasən erməni əsilli amerikalı biznesmenlərin ianələri və diaspor təşkilatlarının dəstəyi ilə maliyyələşdirilir. Təşkilat ABŞ-ın bəzi ştatlarında, xüsusilə ermənilərin kompakt yaşadıqları Kaliforniya və Massaçusets kimi ştatlarda yerli siyasətçilər üzərində ciddi təsir gücünə malikdir. ABŞ-dakı digər erməni lobbi qurumları, məsələn, Erməni Milli Komitəsi ilə sıx əməkdaşlıq edir, bir çox hallarda isə onlar koordinasiyalı fəaliyyət göstərirlər.

ABŞ–Azərbaycan münasibətlərində son aylarda müşahidə olunan inkişaf Amerika Erməni Assambleyasını və bütövlükdə, erməni diaspor təşkilatlarını ciddi şəkildə narahat edir. Məhz bu baxımdan onlar M.Rubioya müraciət edərək Azərbaycanla bağlı sərt mövqe tutmasını, Bakıda mühakimə olunan şəxslərin azad edilməsini və “erməni irsinə təhlükə” kimi iddialarla çıxış etməsini tələb ediblər. Bu baxımdan təşkilatın M.Rubioya etdiyi qərəzli müraciət təsadüfi sayılmamalıdır. Müraciət, əslində, ABŞ–Azərbaycan strateji əməkdaşlığını gözdən salmaq və ictimai rəydə ölkəmizlə bağlı mənfi təsəvvür yaratmaq cəhdidir. Assambleya və onunla bağlı qurumlar bu istiqamətdə həm Konqresdə, həm də mediada aktiv təbliğat kampaniyasına start veriblər. Bu kimi uydurma fikirlərin yer aldığı məktubların əsas hədəfi ABŞ-ın Azərbaycanla enerji, təhlükəsizlik və digər sahələrdəki tərəfdaşlığını zəiflətməkdir.

Lakin Vaşinqtonda qərar verən dairələr regiondakı geosiyasi reallıqları nəzərə alaraq, bu manipulyativ çağırışlara o qədər də həssas yanaşmırlar. Bu məktub da əslində, Vaşinqtonun Cənubi Qafqazda dəyişən mövqeyinə qarşı narazılığın ifadəsidir. Onlar D.Trampın Ermənistan–Azərbaycan sülh gündəmi ilə bağlı verdiyi nikbin bəyanatdan dərhal sonra belə bir müraciət yayaraq, prosesi sabotaj etməyə çalışırlar. Məktubda Azərbaycanın suveren hüquqlarına hörmətsizlik ifadə olunur, beynəlxalq hüquqa zidd şəkildə separatçıların rəhbərləri “siyasi liderlər”, cinayət məsuliyyətinə cəlb edilən digər şəxslər isə “hərbi əsirlər” kimi təqdim olunur. Bu, açıq-aşkar dezinformasiya və siyasi manipulyasiyadır. Eyni zamanda, “Qarabağa qayıdış” çağırışı da separatizmin dirçəldilməsinə yönəldilmiş təxribat xarakteri daşıyır. Assambleya bununla regionda sülh və reinteqrasiya səylərinə kölgə salmağa çalışır. ABŞ ictimaiyyəti və siyasi dairələrinin isə qeyd etdiyimiz kimi bu cür yönləndirici və birtərəfli yanaşmalara əsaslanaraq qərar verməsi mümkün deyil. Bu cəhd, əksinə, erməni lobbisinin olan-qalan nüfuzuna vurulan daha bir zərbədir.

Müraciətdə Qarabağ ermənilərinin qayıtmaq və mədəni mövcudluq hüququnun təmin olunmadığı iddia edilir ki, bu ifadə ilə Azərbaycana qarşı beynəlxalq təzyiq formalaşdırmaq məqsədi güdülür. Dövlət Departamentinə müraciət edilərək prosesə birbaşa müdaxilə etməsi istənilir. Məktubda təhlükəsiz və ləyaqətli qayıdış kimi ifadələrlə emosional təsir yaradılmağa çalışılıb. Bütün bunlar regionda sülh prosesinin qarşısını almağa yönəlmiş bir yanaşmadır.

Amerika Erməni Assambleyasının yaydığı bu məktubda sülh deyil, şərtli və birtərəfli tələblər ön plana çəkilir. Kağız parçasında qeyd olunan iddialar regionda real təhlükəsizlik çağırışlarını deyil, siyasi manipulyasiya məqsədi güdən istəkləri əks etdirir. Azərbaycan Silahlı Qüvvələrinin, guya, Ermənistanın “suveren ərazisində” olması iddiası faktlara söykənmir, çünki iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası hələ tamamlanmayıb. Bu cür ritorika həm danışıqlar prosesinə, həm də tərəflər arasında yaranmaqda olan etimada zərbə vurur. Eyni zamanda, “hər hansı razılaşmanın pozulması aydın nəticələrini ehtiva etməlidir” fikri Vaşinqtonu təhdid dili ilə prosesə cəlb etmək cəhdidir. Halbuki, davamlı sülh Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmasından, ATƏT-in Minsk qrupunun buraxılmasına dair təşkilatın katibliyinə birgə müraciəti imzalamaqdan və beynəlxalq hüququn prinsiplərinə əməl etməkdən keçir. Məktubda isə bu elementlərin heç biri yer almır, əksinə, Azərbaycanı ittiham edən və məsuliyyəti yalnız ölkəmizə, necə deyərlər, yükləyən mövqe nümayiş etdirilir. Bu da müraciətin məqsədinin sülhə deyil, gərginliyə xidmət etdiyini açıq göstərir. Assambleyanın müraciəti regionda mövcud olan həssas balansı pozmaq məqsədi də daşıyır. Belə addımların sülhə xidmət etmədiyi birmənalıdır. Bu isə uzunmüddətli həll perspektivlərini çətinləşdirir. ABŞ-ın bu çağırışlara ehtiyatla yanaşması və obyektiv mövqe tutması vacibdir. Eyni zamanda, beynəlxalq ictimaiyyət bölgədə real vəziyyəti düzgün qiymətləndirməli və təxribatlara aldanmamalıdır. Sülh və əməkdaşlıq üçün qarşılıqlı anlaşma və konstruktiv dialoq əsasdır.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2025 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see170

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri